Icma.az
close
up
RU
“Zirə”nin kapitanı: Məqsədimiz çempionluq deyil, ikinci pilləni tutmaqdır MÜSAHİBƏ

“Zirə”nin kapitanı: Məqsədimiz çempionluq deyil, ikinci pilləni tutmaqdır MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 mart, AZƏRTAC

“Zirə” futbol klubunun kapitanı Qismət Alıyev AZƏRTAC-a müsahibə verib. Yarımmüdafiəçi komandasının çıxışı və milli komanda barədə danışıb:

- Misli Premyer Liqasının XXVI turunda gərgin keçən oyunda “Səbail”i 90+6-cı dəqiqədə vurulan qolla məğlub etdiniz. Qələbənin bu qədər çətin başa gəlməsinin səbəbini nədə görürsünüz?

- "Səbail" son oyunlarda baxımlı futbol nümayiş etdirir. Matçların çoxunda qələbəyə yaxın olsalar da, xırda səhvlərə görə məğlub olublar. Cavid Hüseynovun gəlişindən sonra müsbət dəyişikliklər var. Bilirdik ki, bizi çətin rəqibə qarşı görüş gözləyir. Qol imkanlarımız çox oldu. Sadəcə, qol son dəqiqədə vuruldu.

- Hazırda komandanız 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Məqsədiniz çempionluqdur, yoxsa hazırda olduğunuz yeri qorumaq?

- Bizim məqsədimiz ikinci pilləni tutmaqdır. Yadınızdadırsa, birinci dövrənin sonlarına yaxın 13 xal "Araz-Naxçıvan"dan, 7 xal "Turan Tovuz"dan geridə idik. Qarşıda hələ 10 oyunumuz var. Çempionatın elə yerindəyik ki, heç bir rəqib rahatlıqla qələbə qazana bilmir. "Səbail"lə son oyun buna sübutdur. İndi fikrimiz qarşıdan gələn matçlarda müsbət nəticələr əldə etməkdir.

- Necə düşünürsünüz, “Zirə”nin çempion olması üçün yenə də vaxt lazımdır, yoxsa komanda artıq bu titulu qazanmağa hazırdır?

- Azərbaycan çempionatı ildən-ilə daha da çətinləşir. "Qarabağ"ın gücünü hər kəs bilir. İstər yerli liqada, istərsə də Avropa arenasında böyük təcrübəyə malikdirlər. Onlar da bizim olduğumuz yoldan keçiblər. Çalışırıq ki, oyundan-oyuna inkişaf edək. Avropada çıxış edərək təcrübə toplayaq. "Zirə"yə zaman lazımdır. Gələcəkdə daha da yaxşı olacağıq.

- Azərbaycan çempionatında növbəti mövsümdən legioner limiti tətbiq olunmayacaq. Sizcə, limitin ləğvi ölkə futboluna nə kimi müsbət və ya mənfi təsir göstərə bilər?

- Legioner limitinin ləğvinin müsbət və mənfi tərəflərini zaman göstərəcək. Biz yenə də futbolçu olaraq öz işimizi görməliyik. Bu barədə məşqçilər, futbol mütəxəssisləri danışsa, daha yaxşı olar.

- Qarşıda Azərbaycan millisini Haiti və Belarusla yoldaşlıq oyunları gözləyir. Milli komandanın baş məşqçisi Fernandu Santuşdan dəvət gözləyirsiniz?

- Milli komandanın formasını geyinmək hər bir futbolçu üçün böyük qürurdur. Əlbəttə ki, baş məşqçi dəvət göndərsə, yığmada canla-başla oynamağa hazıram.

- Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Fransa - Xorvatiya cütünün qalibi, İslandiya və Ukrayna yığmaları ilə eyni qrupda yer alıb. Rəqibləri dəyərləndirərkən hansı yığmadan xal ala biləcəyimizi düşünürsünüz?

- Qrupdakı rəqiblərimizin son illər istər dünya, istərsə də Avropa çempionatlarında yaxşı təcrübələri var. İndidən hansı yığmadan xal alacağımız barədə nəsə demək düzgün olmaz. Həmin matçlarda istəklə oynamalıyıq. Onlar xırda səhvləri belə bağışlamırlar.

- Seçmə mərhələyə hazırlıq üçün Haiti və Belarusla keçiriləcək yoldaşlıq görüşləri Azərbaycan millisinə nə dərəcədə fayda verə bilər?

- Hər iki görüş yoxlama xarakterli oyundur. Məncə, həmin matçların faydasını gələcək qarşılaşmalarda hiss edəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri