Zirvə görüşü gələcəkdə bu dövlətlərin başqalarına verəcəyi sülh mesajı kimi də yadda qalacaq
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Bu gün Zirvə görüşünün Qəbələdə keçirilməsi Azərbaycanın regionlarının tanınması və inkişafı baxımından olduqca faydalıdır".
Bu fikri Redaktor.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündən danışarkən bildirdi.
"Görüşün əsas ideyası Türk Dövlətlərinə inteqrasiyanın gücləndirilməsidir. Bunu ancaq alqışlamaq lazımdır. Bu, türk dövlətlərinin bir-birinə zərurət hiss etdiyi sistemli məsələdir. Görüşdə sülh və təhlükəsizlik mövzusunun birgə müzakirəsi, təhlükəsizlik qərarlarının alınması, gələcəkdə bu dövlətlərin başqalarına verəcəyi sülh mesajı kimi də yadda qalacaq. Azərbaycanın Zirvə görüşünə ev sahibliyi etməsi maraqlarımıza tamamilə uyğundur. Bu, çox faydalı və müsbət addımdır", - deyə millət vəkili vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















