Icma.az
close
up
RU
“Zirvə görüşündə Bakı Bəyannaməsinin qəbul olunması xüsusi yer tutur”

“Zirvə görüşündə Bakı Bəyannaməsinin qəbul olunması xüsusi yer tutur”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Müasir beynəlxalq münasibətlər sistemində təşkilatların nüfuzu yalnız onların fəaliyyət tarixçəsi və üzvlərinin sayı ilə ölçülmür. Əsas meyar dəyişən geosiyasi şəraitə uyğunlaşmaq, üzv dövlətlərin ortaq maraqlarını uzlaşdırmaq və qəbul edilən qərarların praktik nəticələrini təmin etmək qabiliyyətidir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən 7-ci Zirvə Toplantısı da məhz bu baxımdan mühüm siyasi əhəmiyyət daşıyır. Toplantı AQEM-in gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə yanaşı, Azərbaycanın çoxtərəfli diplomatiyanın gücləndirilməsinə verdiyi töhfələrin qiymətləndirilməsi üçün də əhəmiyyətli platformadır. Prezident İlham Əliyevin Zirvə Toplantısındakı çıxışında təşkilatın institusional potensialının artırılmasına xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki beynəlxalq təşkilatların qarşısında dayanan əsas vəzifələrdən biri ümumi prinsipləri konkret fəaliyyət mexanizmlərinə çevirməkdir. Dövlətlər arasında mövcud fikir ayrılıqları və maraq toqquşmaları şəraitində belə mexanizmlərin yaradılması qarşılıqlı anlaşma imkanlarını genişləndirir, əməkdaşlığın davamlılığına xidmət edir. AQEM-in güclənməsi də üzv ölkələrin birgə fəaliyyətinin daha sistemli və nəticəyönümlü qurulmasına şərait yarada bilər.”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Millət vəkili Göydəniz Qəhrəmanov mətbuata açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycanın təşkilata ikiillik sədrliyi bu istiqamətdə mühüm mərhələ kimi qiymətləndirilə bilər:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsini prioritet hesab edib və üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilən təşəbbüslər nəticəsində təşkilatın institusional və hüquqi əsasları güclənib. Bu, Azərbaycanın beynəlxalq platformalarda yalnız müzakirələrin iştirakçısı deyil, həm də ortaq qərarların hazırlanmasına və əməkdaşlığın inkişafına töhfə verən fəal tərəfdaş olduğunu göstərir. Bakıda keçirilən Zirvə Toplantısının diqqətçəkən məqamlarından biri Laosun AQEM-ə yeni üzv kimi qəbul edilməsidir. Üzvlük coğrafiyasının genişlənməsi təşkilatın Asiya məkanında təmsilçilik imkanlarını artırmaqla yanaşı, müxtəlif dövlətlərin ortaq məsələlər ətrafında əməkdaşlıq perspektivlərini də genişləndirir. Bu prosesin əhəmiyyəti yalnız iştirakçıların sayının artması ilə məhdudlaşmır. Yeni üzvlərin sayının artması təşkilatın gündəliyinin zənginləşməsinə, fərqli təcrübələrin uzlaşdırılmasına və ümumi məqsədlər ətrafında daha geniş razılaşmaların əldə olunmasına imkan yaradır”.

Sonda Parlament üzvü Zirvə görüşünün siyasi nəticələri sırasında Bakı Bəyannaməsinin də xüsusi yeri olduğunu vurğulayıb:

“Belə sənədlər dövlət başçılarının mövqelərini ifadə etməklə yanaşı, təşkilatın gələcək fəaliyyətinə istiqamət verən ortaq yanaşmaların formalaşmasına xidmət edir. Beynəlxalq münasibətlərdə etibarlı əməkdaşlıq mühitinin qorunması, təhlükəsizlik risklərinə qarşı birgə fəaliyyət və dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bəyannamədə nəzərdə tutulan istiqamətlərin praktik addımlarla möhkəmləndirilməsi AQEM-in beynəlxalq proseslərdə rolunu artırır. Təşkilatın gündəliyində humanitar və intellektual əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. Tolerantlığın təşviqi, mədəniyyətlərarası dialoqun inkişafı, elm və təhsilin imkanlarından təhlükəsizlik və rifah naminə istifadə olunması dövlətlər arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə kömək edir. Süni intellektin sürətli inkişafı isə yeni imkanlarla yanaşı, məsuliyyətli yanaşma və birgə müzakirə tələb edən məsələləri də gündəmə gətirir. Bu mövzuların çoxtərəfli platformada nəzərdən keçirilməsi üzv dövlətlərə texnoloji dəyişikliklərin yaratdığı çağırışlara daha hazırlıqlı yanaşmaq imkanı verir. Azərbaycanın ev sahibliyi etdiyi Zirvə Toplantısı ölkəmizin beynəlxalq təşəbbüslərə yanaşmasının mühüm xüsusiyyətini də nümayiş etdirir: əməkdaşlıq ayrı-ayrı dövlətlərin məhdud maraqları çərçivəsində deyil, ümumi inkişaf və qarşılıqlı fayda prinsipləri əsasında qurulmasını ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda çoxtərəfli platformalarla fəal iş, tərəfdaşlarla münasibətlərin şaxələndirilməsi və beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirəsinə töhfə verilməsi mühüm yer tutur. Nəticə etibarilə, AQEM-in 7-ci Zirvə Toplantısı Azərbaycanın iki illik sədrliyi dövründə görülən işlərin, əldə olunan nailiyyətlərlə yanaşı, təşkilatın qarşıdakı mərhələdə daha da geniş fəaliyyət göstərməsi üçün yeni imkanlar açır. Bakı görüşünün əhəmiyyəti qəbul edilən sənədlərlə məhdudlaşmır; əsas məsələ əldə olunmuş razılaşmaların davamlı əməkdaşlığa çevrilməsidir. Azərbaycanın təşəbbüsləri və təşkilat üzvlərinin ortaq iradəsi bu istiqamətdə mühüm zəmin yaradır. Beləliklə, ölkəmiz beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrlə həm öz diplomatik mövqelərini gücləndirir, həm də AQEM-in gələcək inkişafına sanballı töhfə verir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Oktyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri