Zirvə görüşündə həmkarına dilini çıxardı, viral oldu Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Liderlər Zirvəsi zamanı Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə Malayziyanın Baş naziri Ənvər İbrahim arasında maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, rəsmi iclas başlamazdan əvvəl iki liderin salamlaşması zamanı Takaiçinin gözlənilməz jesti kameraların obyektivinə tuş gəlib.
Görüntülərdə Ənvər İbrahimin əllərini birləşdirərək salamlaşmasına cavab verməyə çalışan Sanae Takaiçinin bir anlıq tərəddüd edərək əllərini çarpaz şəkildə qaldırdığı görünür. Bundan dərhal sonra gülümsəyən Yaponiya Baş naziri başını azca yana əyərək, gözlərini geniş açıb və qısa müddətə dilini çıxarıb.
Rəsmi diplomatik tədbirdə qeydə alınan bu kadrlar qısa zamanda sosial mediada viral olub və istifadəçiləri iki yerə bölüb. Bəziləri Takaiçinin bu davranışını səmimi, təbii və yumoristik hal kimi qiymətləndirsə də, digər istifadəçilər belə bir jestin yüksəksəviyyəli diplomatik sammitin etiket qaydalarına uyğun olmadığını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















