Zirvə Görüşündə türk dünyası ölkələrinin əlaqələrinin dərinləşməsini təmin edəcək qərarlar qəbul olunub
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 7 oktyabr 2025 ci il tarixində Qəbələdə “Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçirilmiş 12-ci Zirvə Görüşündə türk dünyası ölkələrinin hərtərəfli əlaqələrinin bir qədər də dərinləşməsini təmin edəcək qərarlar qəbul olunub. Zirvə görüşündə iştirak edən dövlət başçıları “Gabala Deklarasiyası”nı qəbul edərək Türk dövlətləri arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi, regionda sülh, təhlükəsizlik, siyasi-iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində niyyətlərini təsdiqləyiblər. TDT-nda sədirlik səlahiyyətləri Qırğızstandan Azərbaycana ötürülüb. Təşkilatın növbəti rəsmi Zirvə toplantısının 2026-cı ilin payızında Türkiyədə keçirilməsi qərarı verilib".
Bu fikirləri Newscenter.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov TDT-nin XII Zirvə Görüşünün nəticələrini şərh edərkən səsləndirib. O deyib ki, 2026 cı ildə TDT-nın qeyri rəsmi Zirvə toplantısına Qazaxıstan tərəfinin ev sahibliyi edəcəyi planlaşdırılıb:
"Prezident İlham Əliyev toplantıdakı çıxışında gələcəkdə Türk Dövlətləri arasında birgə hərbi təlimlərin Azərbaycan ərazisində keçirilməsi təklifini irəli sürüb. Bundan başqa Türk dövlətləri arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi, dövlətlər arasında logistika, nəqliyyat-marşrutları və tranzit imkanlarının böyüdülməsi strateji prioritet kimi qeyd olunubdur".
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub
20 Noyabr 2025 20:24
Zirvə görüşündə dünyaya yayılan mesaj
09 Oktyabr 2025 10:56
Trampın Afrika ölkələrinin liderləri ilə görüşündə KURYOZ HADİSƏ
10 İyul 2025 02:15
Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək Vüqar Rəhimzadə
08 Oktyabr 2025 14:52
Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı
26 Noyabr 2024 11:35
Baxış sayı:35
Bu xəbər 08 Oktyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















