Icma.az
close
up
RU
Ziyanın yarısından qayıtmaq: “Net”və “da”nı bilməyənlərin rus dili sevdası bitir

Ziyanın yarısından qayıtmaq: “Net”və “da”nı bilməyənlərin rus dili sevdası bitir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda fəaliyyət göstərən Hədəf liseylərində rus bölməsi üzrə 1-ci siniflərə qəbul dayandırılır. 

Bu barədə Hədəf liseyinin qurucu direktoru Şəmil Sadiq öz sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, qərar yeni tədris ilindən etibarən qüvvəyə minəcək. Şəmil Sadiqin sözlərinə görə, rus bölməsinə qəbulun dayandırılmasının iki əsas səbəbi var. 

Bunlar rus bölməsinə tələbatın azalması və liseyin bilingval – Azərbaycan–ingilis dilli təhsil modelinə keçidi ilə bağlıdır. O bildirib ki, rus dili tamamilə ləğv edilmir və bundan sonra ikinci xarici dil kimi tədris olunacaq: 

“Biz təhsildə prioritetlərimizi yenidən müəyyənləşdiririk. Bu barədə ötən il ilkin mövqeyimizi bildirmişdik. Yeni təhsil modelimiz Azərbaycan və ingilis dilləri üzərində qurulub”. Direktor əlavə edib ki, hazırda rus bölməsində təhsil alan şagirdlər üçün heç bir dəyişiklik nəzərdə tutulmur: 

“Mövcud şagirdlər 2-ci sinifdən etibarən əvvəlki proqram əsasında təhsillərini davam etdirəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci sinif şagirdlərinə şamil olunur”. Bundan əlavə, iclasda daha bir yenilik də açıqlanıb. 

Belə ki, yeni tədris ilindən etibarən 2-9-cu siniflərdə ingilis və rus bölmələrində təhsil alan şagirdlər Azərbaycan bölməsi üçün nəzərdə tutulan Azərbaycan dili dərsliklərindən istifadə edəcəklər. Bununla da bütün bölmələrdə Azərbaycan dili həftəlik 5-9 saat həcmində tədris olunacaq. 

Qeyd edək ki, son vaxtlar təhsil sistemində ən çox müzakirə olunan məsələlərdən biri də məhz Azərbaycanda rus dilində təhsillə bağlıdır. Bu gün Azərbaycanda 340 rusdilli məktəb fəaliyyət göstərir. 

Onlardan 17 məktəb yalnız rus dilində tədris aparır. Bu məktəblər Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır. Rus bölməsində təhsil alan şagirdlərin sayı təxminən 156–160 min nəfərdir. Ancaq bu gün məktəblərin rus bölmələrində müəllim çatışmazlığı özünü göstərir. 

Elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə namizədlərin nəticələri aşağı olur: 

“Rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50–60-dır. Azərbaycan bölməsi üzrə isə bu göstərici 80-dən yuxarıdır. Bu səbəbdən də rus bölməsinə yarıbayarı nəticə göstərən müəllimi işə götürməyə məcbur oluruq, çünki alternativ yoxdur”. 

Hazırda adıçəkilən liseyin aldığı qərar digər məktəb-liseylərdə də tətbiq edilə bilərmi və bunun hansı üstünlükləri olacaq? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, Hədəf liseyinin direktoru Şəmil Sadiqin bu qərarı verməzdən bir həftə əvvəl Azərbaycan dili və rus bölmələrində tədris ilə bağlı çox maraqlı təklifləri var idi: 

“Mən gözləyirdim ki, Hədəf liseyi məhz belə də qərar verəcək. Cəmiyyətdə bunu siyasiləşdirmək istəyənlər də var. Ancaq belə deyil. Reallıq ondan ibarətdir ki, Azərbaycanda artıq rus bölməsinə diqqət müəyyən qədər azalıb. 

Bu, həm də onunla əlaqəlidir ki, Azərbaycanda fəaliyyət göstərən rus bölmələrində tədrislə məşğul olacaq müəllimlər yoxdur, çatışmır. Faktiki olaraq biz bunu müəllimlərin işə qəbulu imtahanında da müşahidə edirik. Artıq Rusiya universitetləri Azərbaycan məzunları üçün o qədər cəlbedici görünmür. Rusiyada da sistem dəyişdi, yeniləndi. 

Yenidən əvvəlki təhsil sisteminə qayıtdılar. Bizdə kuriklum sistemi ilə orta ümumtəhsil məktəbi, Boloniya sisteminə hazırlıqdır. Ona görə də bu məsələdə müəyyən uyğunsuzluqlar var. 

Bütün bunların hamısının da səbəbi şagirdlərə və onların valideynlərinə perspektivi düşünəndə bu cür qərar vermək imkanı yaradır. Onlar rus bölməsindən daha çox ingilis, yaxud digər dillərə üstünlük verirlər. Zamanla baxış bucağı da dəyişir. 

Bəzi şəxslər artıq müstəqilliyi, azadlığı arzulayanlar gələcək perspektivi rus deyil, başqa dillərdə axtarırlar. Bu baxımdan Hədəf liseyinin həmin qərarını “ziyanın yarısından qayıtmaq” kimi qəbul edirəm. Əgər onlar belə imtina edirlərsə, mən gözləyirəm ki, Azərbaycanda rus bölmələri azalmağa doğru gedəcək”. 

Bəzi ailələrin məhz rus bölməsinə maraq göstərməsinə gəldikdə isə ekspert deyir ki, bu bir “nostalji”dir: 

“Artıq sağlam düşünən, hətta özü rus dilində mütaliəni bacaran ailələr var ki, bu yoldan çəkinirlər. Çox təəssüflər olsun ki, bizim bəzi ailələrimiz özü “net”və “da”nı bilmir, nədənsə uşağı daha elit sayılsın deyə rus bölməsinə yönləndirməkdə maraqlıdırlar. 

Hətta bağçalarda belə, rus bölməsinə cəhdlər var. Ancaq təcrübə də göstərir ki, artıq o valideynlər uşaqlarla rus dilində məşul ola bilmədiyi üçün həmin uşaqlar özlərini gələcəkdə hərtərəfli itirmiş olurlar. Yəni nümunəvi tədris ala bilmir, valideyn də mütəmadi məşğul ola bilmir. Nəticədə də doğru ixtisasla yanaşı, əmək bazarında da özünə yer tapa bilmir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: rus dili Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri