Icma.az
close
up
RU
Zlatan İbrahimoviç İsveç futbolunun inkişaf yolunu göstərib İdman və Biz

Zlatan İbrahimoviç İsveç futbolunun inkişaf yolunu göstərib İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Ardıcıl altı Avropa çempionatına qatıldıqdan sonra İsveç millisi seçmə oyunlardakı uğursuzluğa görə Avro-2024-ü buraxmalı oldu.

İdman.biz xəbər verir ki, isveçlilər son dörd dünya çempionatından da yalnız birində - DÇ-2018-də çıxış ediblər, amma onda da 1/4 finala kimi irəliləyə biliblər.

Bizim Azərbaycan futbolunda mövcud olduğunu dediyimiz problemlər, sən demə, Skandinaviya diyarında da varmış. İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç ölkə futbolunu hədəfə alıb. 62 qolla millinin ən məhsuldar oyunçusu elə belə də deyib: "Ölkə futbolu dəyişməlidir, amma köhnə düşüncəli məşqçilərlə deyil".

Aktiv karyerası ərzində iti dili ilə seçilən İbrahimoviç indi də eyni davranışını davam etdirir. Vətənindəki bir televiziya kanalına danışan isveçli sərt açıqlamalar verib.
O, İsveç futbolunun çox köhnəldiyini və bu vəziyyətdə ənənəvi düşüncəli məşqçilərin günahı olduğunu bildirib.
İbrahimoviç deyib: "İsveç futbolunda hər kəs hər şeyi bildiyini düşünür. Amma iş görməyə gəldikdə, hamının qabiliyyəti sıfırdır".
43 yaşlı sabiq futbolçu İsveçdə fərdi oyunçuları inkişaf etdirməkdənsə, kollektivə daha çox diqqət yetirdiklərini düşünür.
Bu sahədə iş görməyə hazır olduğunu vurğulayan İbrahimoviç deyir: "Mən gənclərə təcrübələrimi öyrətmək və onlara öyrəşdiklərindən fərqli şeylər vermək istəyirəm".

İbrahimoviç peşəkar futbolçu karyerasını 2023-cü ildə başa vurub. O, 2001-ci ildə İsveç – Azərbaycan matçında (3:0) iştirak edib və bir dəfə komandamızın qapısına yol tapıb: bu onun millidə ilk qolu olub.

Qeyd edək ki, İsveç FIFA reytinqində 28-ci, UEFA-nın klub reytinqində isə hazırkı mövsümü də nəzərə almaqla 22-ci yerdədir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Noyabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri