Icma.az
close
up
RU
Zolaq bitən zaman buna əməl etməsiniz cərimələnə bilərsiniz VİDEO

Zolaq bitən zaman buna əməl etməsiniz cərimələnə bilərsiniz VİDEO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nəqliyyat vasitələrinin hərəkəti zamanı yol verməklə bağlı qaydalar sürücülər üçün vacib məqamdır və bu qaydalar təkcə "Stop" və "Yol ver" nişanlarının olduğu yerlərlə məhdudlaşmır. Bir çox sürücü üstünlük nişanlarının olmadığı hallarda yol vermirlər ki, bu da qəza riskini artırır. Xüsusilə, hərəkət zolağının bitdiyi yerlərdə bu qaydaya əksər sürücü əməl etmir.

Bəzi yolların müəyyən hissələrində daralma baş verdikdə, sağ və ya sol zolağın nişanlanma xətti ilə bitməsinin şahidi oluruq. Bu halda, həmin zolaqda olan sürücülər məcburi şəkildə qonşu zolağa keçməli olurlar. Lakin bir çox sürücü zolağı dəyişərkən yol verməli olduğunun fərqində olmur. Nəticədə, eyni istiqamətdə hərəkət edən digər nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaranır.

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinə əsasən, sürücü hərəkət istiqamətini dəyişərkən eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Bu qayda o deməkdir ki, zolaq bitdikdə sürücü öncə dönmə işığını yandıraraq digər sürücüləri xəbərdar etməli, daha sonra isə heç kimə mane olmayacağına əmin olduqdan sonra hərəkət trayektoriyasını dəyişməlidir.

Belə qaydaların düzgün yerinə yetirilməsi həm yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir, həm də hərəkətin daha təhlükəsiz və nizamlı olmasını təmin edir. Bu səbəbdən, bütün sürücülər yol hərəkəti qaydalarına diqqətlə əməl etməli, zolaq dəyişmə zamanı xüsusilə ehtiyatlı olmalıdırlar.​​​​​​

Nərmin 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri