Icma.az
close
up
RU
Zorakılığa qarşı hamılıqla mübarizə! Ekspert qadınlara çağırış etdi

Zorakılığa qarşı hamılıqla mübarizə! Ekspert qadınlara çağırış etdi

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"DİN-in müraciətində tam doğru olaraq vurğulanır ki, şiddət bir evin divarları arasında qalan şəxsi problem deyil, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş açıq təhdiddir"

Daxili İşlər Nazirliyi vətəndaşlara qadınlara qarşı zorakılığa biganə qalmamaq çağırışı edib. DİN-in məlumatında bildirilir ki, cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Lakin məişət zorakılığına qarşı mübarizə təkcə hadisə baş verdikdən sonra müdaxilə etmək deyil, həm də profilaktik tədbirlərlə riskləri əvvəlcədən azaltmaqdır.

Bu istiqamətdə həyata keçirilən tədbirlər həm hüquqi, həm sosial, həm də maarifləndirici xarakter daşıyır. “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, zorakılıq təkcə bir qadının problemi yox, onun qonşusunun, tanışının, şahid olan hər bir vətəndaşın məsuliyyətidir. Sağlam ailə dəyərlərini qorumaq və zorakılığa qarşı qəti mövqe nümayiş etdirmək üçün belə hallarla üzləşən, eləcə də şahidi olan hər kəsə aidiyyəti dövlət qurumlarına məlumat vermələri tövsiyə olunur”, deyə müraciətdə vurğulanır. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqamasında bildirdi ki, Daxili İşlər Nazirlyinin vətəndaşlara belə bir məzmunlu müraciət ünvanlaması cəmiyyəti cinayətlərin qarşısının alınamsnda səfərbər etmək məqsədi daşıyır və bu, olduqca müsbət yanaşmadır: 

- Məişət zorakılığı tək bir ailənin deyil, cəmiyyətin problemidir. DİN-in müraciətində tam doğru olaraq vurğulanır ki, şiddət bir evin divarları arasında qalan şəxsi problem deyil, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş açıq təhdiddir. Məişət zorakılığı baş vermiş ailənin üzvləri eyni zamanda cəmiyyəti təşkil edən insanlardır. Bu gün hansısa ailədə şiddət, zorakılıq varsa, sabah bu şiddət, aqressiya, zorakılıq cəmiyyətin hər hansı bir digər üzvünə qarşı yönələ bilər. Və yönəlir də. Biz ictimai yerlərdə insanların zorakı davranışını, şiddətə hansı dərəcədə meylli olduğunu görürük. Bunun kökü təbii ki ailədən gəlir. Əlbəttə, sosial amillər çoxdur. Amma ailə cəmiyyətin formalaşmasında əsas aparıcı rola malikdir. Məişət zorakılığı, qadına qarşı zorakılıqda stereotiplərdən qurtulmaq vacibdir. Zorakılığa məruz qalan hər bir qadın “ailə içində olur belə şeylər”, “El nə deyər?”, “Qonum-qonşu bilməsin”, “Bir az döz, düzələr” kimi ifadələrlə mütləq rastlaşır. Bunu həm özünə təlqin edən qadınlarımız var, həm də doğmalarından, valideynlərindən, qohum-əqrəbadan eşidənlər, onları məsləhətini dinləyənlər. Amma məsləhətlər heç də hər zaman düzgün olmur və müsbət nəticəyə gətirib çıxarmır. Əgər ailədə zorakılıq daimi xarakter daşıyırsa, bunun nə vaxtda öz-özünə bitəcəyinə ümid etmək yanlışdır və belə gözləmə sonda ailə faciələri ilə nəticələnə bilər. Susmaq problemi həll etmir, onun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır. Təkcə zorakılığa məruz qalmış şəxs yox, ətrafdakılar buna qarşı duyarlı olmalı, şiddətin qarşısının alınması üçün həmrəylik nümayiş etdirməlidirlər. Erkən nikah hadisələri də məhz bu susqunluq, problemə “ailədaxili məsələ” kimi yanaşılmasından baş verir. Cəmiyyətin sağlam gələcəyini təhdid edən hər bir problemə ailədaxili deyil, cəmiyyətin ümumi problemi kimi yanaşılmalıdır. 

M.Zeynalova bildirdi ki, DİN-in “102” Xidməti-Zəng Mərkəzi, “E-polis” mobil tətbiqində “102 SOS” funksiyası və sosial şəbəkə hesabları bu qəbildən olan cinayətlərin vaxtında qarşısının alınmasına, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət edir. Vətəndaşlar özləri və ya başqa birisinin zorakılıq halları ilə üzləşdiyini gördükdə hüquq-mühafizə orqanlarına, xidmət mərkəzləri, “Qaynar xətt”lərə müraciət etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Fevral 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri