Icma.az
close
up
RU
Zorla qaçırılan məktəbli qız niyə babasının məzarını ziyarət edib? İLGİNC TƏFƏRÜAT

Zorla qaçırılan məktəbli qız niyə babasının məzarını ziyarət edib? İLGİNC TƏFƏRÜAT

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şamaxıda məktəblini zorla qaçıran şəxs həbs edilib. O, qaçırdığı qızın anasına zəng edərik “biz ailə olduq” deyərək polisə məlumat verilməməsini istəyib.

Redaktor.az xəbər verir ki, 25 yaşlı Rasim (ad şərtidir) 15 yaşlı məktəbli Laləni (ad şərtidir) qorxudaraq qaçırıb.

İstintaq zamanı müəyyən edilib ki, Rasim Laləyə yaxınlaşaraq onu çoxdan gördüyünü, bəyəndiyini deyib. Buna görə də onunla instaqram üzərindən danışmağı təklif edib. Bir müddət sonra Lalə ilə görüşərək onunla ailə həyatı qurmaq istədiyini deyərək qohumunun evinə aparıb. Oradan Lalənin üzündən və sinəsindən öpüb. Sonra Laləni öz evlərinə aparıb. Bir neçə saat sonra evə polis əməkdaşları gələn zaman Rasim qaçıb.

Rasim və Lalə dindirilən zaman fərqli ifadələr veriblər. Rasim bildirib ki, Lalə ilə könüllü görüşüb və evlənmək niyyətində olublar.

Onun sözlərinə görə Lalə ilə marketdə görüşəndə tanış olublar. Sonra Lalə onun instaqram səhifəsindən yazıb, sonra da zəng edib.

“Lalə ilə görüşəndə özünü Kürə atacağını deyirdi. Ona qorxmamasını, yanında olduğumu dedim. Lalə də anasına zəng edərək sevdiyi adamın yanında olduğunu dedi. Lalə evdən təzyiqlər edildiyini deyirdi. Lalə mənim telefonumdan atasına zəng vurdu. “Məni axtarmayın, mən istədiyim oğlanın yanındayam” dedi. Bir az sonra tanımadığım nömrədən Lalənin anası zəng elədi. Ona dedim ki, narahat olma. Lalənin anası,- “qızımın yaşı azdı. Yaşı tamam olanda üzük taxarsan, evlənərsiz” dedi. Mən də dedim ki, Laləni özüm gətirəcəm. Sonra da telefonu söndürdüm. Lalə ilə çay içdik. Bir neçə saat sonra telefonu açanda çoxsaylı zənglər gəldiyini gördüm. Zəng edənlər arasında polislər də var idi.  Qardaşım da zəng edib, niyə qız qaçırdığımı soruşdu. Laləni götürüb öz evimizə apardım. Ailə üzvlərimə baş verənləri danışdım. Bacım Laləyə paltar verdi ki, məktəbli formasını dəyişsin. Bir az sonra polislər gələndə evdən qaçdım”,- deyə Rasim ifadəsində bildirib.

Rasim ittihamla özünü təqsirli bilməyərək Laləyə qarşı heç bir zorakılıq hərəkəti etmədiyini deyib.

Lalə isə ifadəsində Rasim tərəfindən hədə-qorxu gəlinərək qaçırıldığını deyib. Bildirib ki, Rasim ona yaxınlaşaraq onu çoxdan izlədiyini, adına söz çıxmasın deyə yaxınlaşmadığını bildirib:

“Rasim instaqram səhifəsini verərək ona zəng etməyimi istədi. Əks halda başıma oyun açacağını dedi. Dərsdən çıxanda Rasimin hədə-qorxu gəlməsindən qorxdum. Babamın qəbrini ziyarət edəndən sonra Kürün kənarına getdim. Tanımadığım bir kişidən Rasimə zəng etdim. 10 dəqiqə sonra Rasim gəldi. Rasim mənə dedi ki, nə istəsə, edəcək. Ata-anama zəng edib polisə şikayət etməmələrini deməyimi tələb etdi. Ona məktəbdə oxuduğumu, buraxmasını dedim. Mən də məcbur qalıb anama zəng edib istədiyim adamın yanında olduğumu söylədim. Anama “biz ailə olduq” deməyimi tələb edirdi. Bir az sonra taksi ilə Rasimin evinə getdik. Ailəsi də evdə idi. Mən bacısının otağında qaldım, yemək də təklif etdilər. Sonra da polislər gəldi”.

Lalə ifadəsində Rasimin onu yanağından və sinəsindən öpdüyün bildirib. Sonda isə Rasimə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini istəyib. 

Məlumata görə Lalənin yerini kamera görüntülərinə baxaraq müəyyən ediblər. Rasimlə Lalənin marketdə danışdığını izləyən polis əməkdaşları onların harada olduğunu təxmin edərək evlərinə gəliblər. Bu zaman polisləri görən Rasim qaçıb.

İstintaq zamanı məlum olub ki, Rasim daha əvvəl oğurluq və narkotik ittihamı ilə məhkumluq yaşayıbmış. 

Rasim bu dəfə Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatan, lakin on altı yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib (musavat.com).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri