Icma.az
close
up
RU
Zövq, yaddaş və duyğu: Musiqinin insan üzərində görünməz təsiri

Zövq, yaddaş və duyğu: Musiqinin insan üzərində görünməz təsiri

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Musiqi bəşəriyyətin ən qədim və ən gözəl sənət formalarından biridir. Hər bir insanın musiqiyə yanaşması fərqli olur: biri Üzeyir Hacıbəyli və Qara Qarayevin dərin, zəngin bəstələrinə pərəstiş edərkən, digəri Şopenin romantik notlarında ruhlanır, bəzisi isə Motsartın nəğmələrində əbədi harmoniya axtarır. Bir çoxumuz isə pop, caz, rok və ya başqa janrlara üstünlük veririk. Amma elə anlar olur ki, qarşı tərəfin musiqi zövqü bizə "bərbad" görünür, onların dinlədiyi mahnılara biz "aşağı səviyyəli" deyirik. Biz özümüzün dinlədiyimiz klassikanın, cazın və ya popun daha üstün olduğunu düşünürük, halbuki onlar da öz zövqlərinə görə öz mahnılarını ən yaxşı sayırlar. Bu niyə belədir? Musiqi zövqü haradan yaranır və necə formalaşır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Təhsil və mədəniyyət mühiti

Musiqi zövqü uşaqlıqdan başlayaraq, insanın yaşadığı mühit, ailəsi, aldığı təhsil və sosial çevrə ilə sıx bağlıdır. Məsələn, Azərbaycanda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Arif Məlikov kimi klassik bəstəkarların musiqisi məktəb və konservatoriya mühitində geniş tədris olunur, bu da insanlarda musiqi zövqünün formalaşmasında önəmli rol oynayır. Digər tərəfdən, Avropa klassikası - Motsart, Çaykovski, Şostakoviç, Bethoven, Baxın əsərləri bir çox insan üçün musiqi tərbiyəsinin əsasıdır.

Mədəniyyətlərarası fərqlər

Musiqi hər xalqın özünəməxsus ifadə vasitəsidir. Buna görə də, bəzən başqa bir mədəniyyətin musiqisi bizim üçün anlaşılmaz və ya hətta "pis" səslənə bilər. Məsələn, Qərb musiqisinin klassik nümunələri ilə Azərbaycan xalq musiqisinin ritmləri və melodiyaları arasında ciddi fərqlər var. Bu fərqlər musiqiyə münasibəti də dəyişir.

Musiqi zövqü insanın daxili duyğuları və həyatı ilə bağlıdır. Bəzən müəyyən bir musiqi janrı və ya əsəri insanın yaşadığı emosional vəziyyətə və ya xatirələrinə uyğun gəlir və ona görə sevilir.

Musiqi zövqü və klassik əsərlər

Klassik musiqi nümunələri Azərbaycan musiqi tarixində xüsusi yer tutur. Onlar xalq musiqisi ilə Avropa klassikasını unikal şəkildə birləşdirir. Eyni zamanda, dünya musiqi xəzinəsindən böyük bəstəkarların əsərləri musiqi zövqünün formalaşmasına böyük təsir göstərir. Bu əsərlərin musiqi strukturunun mürəkkəbliyi, melodiyanın zənginliyi və harmoniyanın incəliyi insanlarda musiqiyə dərin hörmət yaradır və zövqün inkişafına səbəb olur.

Musiqi zövqündə mübahisələr niyə yaranır?

Bəzən başqalarının musiqi zövqü bizə qəribə və hətta "pis" görünür. Bunun səbəblərini aşağıdakı kimi ümumiləşdirə bilərik :

Fərqli təhsil və təcrübə səviyyələri - bir insan musiqini daha çox analiz edir, digəri sadəcə əyləncə üçün dinləyir.

Mədəniyyət və dəyərlər fərqliliyi - müxtəlif cəmiyyətlərin fərqli musiqi ənənələri və qiymətləndirmələri olur.

Emosional əlaqə fərqliliyi - hər kəsin musiqi ilə bağladığı emosional təcrübə fərqlidir.

Qrup mənsubiyyəti və sosial təsirlər - bəzən musiqi zövqü qrup kimliyi ilə sıx bağlıdır, buna görə fərqli zövq qınaq obyektinə çevrilir.

"Necə ki, mütaliəyə, eləcə də musiqiyə üstünlük verilirdi"

Bəstəkar Xanım İsmayılqızı deyir ki, doğulandan formalaşma prosesindəyik: "Artıq müəyyən yaşa çatanda, yaradılan bazaya əsasən, seçim özümüzün olur. Amma bir uşağın nə eşidəcəyi, danışacağı, nə yeyəcəyi, geyinəcəyi əsasən valideynlərin, müəllimlərin ixtiyarındadır. Ana laylası ilk eşitdiyimiz musiqidir. Sonra evdə dinlənilən digər musiqilər yaddaşa yazılır və kodlanır. Ailələr, ailədəki seçimlər fərqli olduğu kimi, zövqlər də müxtəlifləşir. Baxmayaraq ki, zövq də istedad kimi səninlə doğula bilir".

X.İsmayılqızının sözlərinə görə, əvvəllər, demək olar ki, bütün ailələrdə uşaqlar musiqi təhsili alardılar. Bir alətdə ifa etməyi öyrənərdilər. Əksər ailələrdə pianino, tar, kamança, qarmon və s. alətlər olardı: "Bu ailələrdə uşağı məhz musiqiçi etmək məqsədi yox idi. Uşaqda musiqi duyumunu, zövqünü, ritmi formalaşdırmaq, hissləri itiləmək və zənginləşdirmək üçün idi bunlar. Necə ki, mütaliəyə, eləcə də musiqiyə üstünlük verilirdi. Musiqi və söz insanın varlığıdır, kimliyidir, ifadə vasitəsidir, düşüncəsinin formasıdır, şəklidir, rəngidir. Ataların bir məsəli var: "Nə tökərsən aşına, o da çıxar qaşığına". Nə verəcəksənsə, onu da alacaqsan. Nə ötürəcəksənsə, onu geri qazanacaqsan. Həyat bumeranqdır. Bu həm ailələrə, fərdlərə, cəmiyyətə, həm də ölkəyə aiddir".

Musiqi zövqü - şəxsiyyət

Bəstəkar bildirir ki, keyfiyyətli musiqi dinləmək vərdişini yarada bilirsənsə, zövqə çevrilir. Təhsil, dünyagörüşü, bilik dairəsi, musiqi duyumu da birləşib zövqü formalaşdırır: "Bəzən musiqi zövqü - şəxsiyyəti, bəzən şəxsiyyət - musiqi zövqünü formalaşdırır. Musiqi zövqü, həm də təfəkkür tərzidir. Biri roku sevir, digəri cazı, biri simfonik musiqidən həzz alır, digəri etnik musiqidən və s. Musiqi zövqü böyük, dərin, real və irreal prosesin nəticəsidir. Real olanı odur ki, uşaqlara, gənclərə, janrından asılı olmayaraq, səviyyəli musiqi ötürə bilək ki, düzgün formalaşma prosesi getsin".

Hər bir insanın musiqi dünyası özünəməxsusdur

Musiqi zövqü mürəkkəb və çoxşaxəli bir fenomendir. O, insanın mədəni, sosial, psixoloji və bioloji xüsusiyyətlərinin qarşılıqlı təsiri nəticəsində yaranır. Klassik bəstəkarların musiqisi bizə musiqinin zənginliyini, dərinliyini və universal dilini göstərir. Ancaq unutmamalıyıq ki, hər bir insanın musiqi dünyası özünəməxsusdur və başqasının zövqünü aşağı səviyyəli saymaq, sanki onun daxili aləminə və duyğularına hörmətsizlikdir. Musiqinin ən gözəl tərəfi isə onun bizə fərqlilikləri anlamağı və hörmət etməyi öyrətməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Oktyabr 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri