Zülfüqar Rüfətoğlu Londonda dəfn olundu Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müsəlmanların dəfn olunduğu "Firdaus bağçası" adlı qəbiristanlıqda torpağa tapşırılıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, dəfn mərasimində Z.Rüfətoğlunun dostları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, o, noyabrın 9-u Londonda qaraciyər xərçəngi səbəbi ilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, "Qızıl qələm" mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.
Baxış sayı:144
Bu xəbər 14 Noyabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















