Zülfüqarov: Yetişdirilən hakimlərin 15 20 faizinin üzə çıxması böyük nailiyyətdir
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycan voleybolunda yetişdirilən 50-60 hakimin 15-20 faizinin üzə çıxması böyük nailiyyətdir.
Bakıvaxtı.az xəbər verir k, bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının Hakimlər Komitəsinin sədri Eldar Zülfüqarov deyib.
Mütəxəssis gənc hakimlər üçün təşkil olunan seminarlarda istedadlı hakimlərin iştirak etdiyini söyləyib:
"İstedadlı hakimlərimiz var. Amma indi bütün idman növlərində həm idmançı, həm də hakim yetişdirmək çətindir. Hər 50-60 nəfərin 15-20 faizi üzə çıxsa, böyük nailiyyət sayılır. Bir çoxları üçün voleybolda çalışmaq asan gəlir. Amma hakim işi həqiqətən ciddi və çətindir. Həmişə ədalətin tərəfində olmalısan. Kim bu yolu seçibsə, davam edəcək".
Mütəxəssis seminarların nəticələri haqqında düşüncələrini bölüşüb:
"Seminar üç mərhələdən ibarətdir. İlk mərhələdən sonra gənc hakimlər uşaq liqalarında könüllü şəkildə fəaliyyət göstərirlər. Hakimlik elədir ki, sevgi olmalıdır. Maraq göstərənlər çoxdur. Seminara xeyli sayda hakim qatılmışdı. Onlardan 23-ü ikinci mərhələyə keçə bildi. İkinci mərhələni tamamlayan hakimlər də uşaq liqalarında fəaliyyətlərinə davam edəcəklər. Üçüncü mərhələdən sonra isə artıq seçimlər olacaq. Hansı hakimlərin Yüksək Liqada, hansıların isə uşaq liqalarında fəaliyyət göstərəcəyi müəyyənləşəcək".
O, qarşıdakı hədəflər və planlarla bağlı danışıb:
"Martda seminarın üçüncü mərhələsi bitəcək. Hansısa qaydalarla bağlı yeniliklər olsa, onları da çatdıracağıq. May-iyun aylarında həm kişi, həm də qadın voleybolçulardan ibarət yığmalar arasında Avroliqa oyunları var. Daha sonra Milli Gimnastika Arenasında təşkil olunacaq Avropa çempionatı gəlir. Seminarlar bitdikdən sonra bu yarışlara hazırlaşacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 05 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















