“Zurabişvili Azərbaycana qarşı fəal kampaniya aparır” Ramiz Yunus ona suallar ünvanladı
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Gürcüstanın keçmiş prezidenti xanım Salome Zurabişvili Qərbdə Azərbaycana qarşı fəal ideoloji kampaniya aparır və bu, onun ABŞ-yə hazırki səfəri zamanı bir daha əyani şəkildə nümayiş olundu”.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-də yaşayan siyasi təhlilçi Ramiz Yunus bildirib.
Ekspert ona sual ünvanlayıb: “Xanım Zurabişvili bu gün kimi təmsil edir? Gürcüstanın keçmiş prezidentinin vətəndaşı olduğu Fransanın eyni düşmən mövqeyindən heç bir fərqi olmayan açıq anti-Azərbaycan mövqe tutmasına gürcü ictimaiyyəti necə yanaşır? Xanım Zurabişvilinin bu cür ikiüzlü davranışı Gürcüstanın bütün prezidentləri tərəfindən uzun illər ərzində qurulan Azərbaycan və Gürcüstan arasında çoxillik strateji tərəfdaşlığın ruhuna nə dərəcədə uyğundur?”
Ramiz Yunus sonda alman filosofu Fridrix Nitsşedən sitat gətirib: “Biz çox vaxt riyakarlığı ədəb qaydaları adlandırırıq”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 30 Yanvar 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















