“Qarabağ” Pakistan tarixinin ən bahalı futbolçusunu transfer edir İDDİA
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
“Qarabağ” qış “transfer pəncərəsi” çərçivəsində müdafiə xəttini gücləndirmək istəyir. Ağdamlılar artıq bu yöndə hərəkətə keçib. Onların məqsədi “Myöllbü”nün futbolçusu Adullah İqbalı transfer etməkdi.
“Football-plus.az” xəbər verir ki, bu barədə “Propakistani” məlumat yayıb. Pakistan nəşrinin iddiasına görə, “Qarabağ” 23 yaşlı mərkəz müdafiəçisinə rəsmi təklif göndərib.
Həmkarlarımız “köhlən atlar”ın həm də Pakistan yığmasının üzvü olan oyunçu üçün doğru seçim olduğunu bildirir. Səbəb isə bəllidi: ağdamlıların müntəzəm avrukubokların əsas mərhələsində iştirak etməsi. Bununla belə, Abdullahla “Ferentsvaroş” (Macarıstan) və “Gent” (Belçika) də maraqlanır.
Qeyd edək ki, İqbal həm də sol cinah müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqeyində oynaya bilir. Kopenhagendə dünyaya göz açan oyunçu 192 sm boya malikdi. Ötən mövsüm İsveç çempionatında 24 oyunda forma geyib, 2 məhsuldar ötürməylə yadda qalıb. “Tranfermarkt”a görə 2milyon avro dəyərində olan Abdullah Pakistan futbol tarixinin ən bahalı futbolçusudu. Onun “Myöllbü” ilə müqaviləsinin müddəti 2028-ci ilin dekabrında başa çatacaq.
Yığma karyerasına gəlincə, İqbal Pakistan millisində 19 oyun keçirib.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 08 Yanvar 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















