Icma.az
close
up
RU
“0.0 alkoqolsuz pivə ilə avtomobil sürmək olar” Yeni Gündəm

“0.0 alkoqolsuz pivə ilə avtomobil sürmək olar” Yeni Gündəm

Yenigundem saytına istinadən Icma.az xəbər verir.

Ekspertlər bildirir ki, ötən il Azərbaycan pivə bazarına təqdim olunan 0.0% alkoqolsuz pivə bu günə qədər satışda olan 0% alkoqolsuz pivələrdən fərqlənir. Belə ki, bazarda alkoqolsuz pivə adı ilə təqdim edilən bəzi pivələrin tərkibinə diqqət yetirdikdə alkoqol göstəricisinin 0,4%, yaxud 0,5% olduğunu görürük. Bu pivələri istehlak edərək avtomobil idarə etmək qadağandır, çünki sərxoşluq vəziyyəti yaradır.

“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na, əsasən, qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması şəxsin sərxoşluq vəziyyətində olduğunu göstərir. Belə olan halda isə 0%-li pivələri istehlak etmək olmaz. Bəs, görəsən, 0.0%-li pivə ilə bağlı vəziyyət necədir?

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, tam 0%-li alkoqolsuz pivə avtomobil idarə etməyə mane olmur:

“İllərdir bazarda 0% adı ilə müxtəlif pivə məhsulları satılır, lakin bu məhsulların etiketinə diqqətlə baxdıqda görürük ki, tərkibində 0,5% spirt var. Bu da o deməkdir ki, yol polisinin yoxlanışı zamanı icazə verilən normadan artıq spirt ortaya çıxır. Son vaxtlar bazara yerli istehsal, tam 0% diaqnozlu pivə daxil olub. Bu məhsul, həqiqətən də, tamamilə sprirtsizdir. İstehsalçı tərəf də açıqlayıb ki, bu pivəni içərək rahatlıqla sükan arxasına keçmək olar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələyə münasibət bildirib:

“Azərbaycanda istehsal olunan 0.0%-li alkoqolsuz pivələrdən bu günə qədər Azad İstehlakçılar Birliyinə şikayət daxil olmayıb. Birliyimizin Qida Təhlükəsizliyi Agentliyindən aldığı məlumata görə, Azərbaycanda istehsal olunan 0.0%-li alkoqolsuz pivənin tərkibində həqiqətən də alkoqol yoxdur”.

Qeyd edək ki, sərxoş vəziyyətdə avtomobil idarə etmək sizin hadisələrə reaksiyanızı ləngidir, görmə qabiliyyətinizi bulanıqlaşdırır, sizi yuxulu və yorğun hiss etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 23 Mart 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri