Icma.az
close
up
RU
1 trilyon dollarlıq suala cavab axtarılacaq

1 trilyon dollarlıq suala cavab axtarılacaq

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

"Bu həftə 50 minə yaxın hökumət rəsmisi, siyasətçi, investor, şirkət nümayəndəsi 1 trilyon dollarlıq sualı cavablandırmaq üçün Azərbaycanda toplanacaq",-deyə "The Guardian" qəzeti yazır.

Məqalədə deyilir ki, COP29 iqlim konfransının məqsədi inkişaf etməkdə olan ölkələrin adaptasiya xərclərini qarşılamaq üçün 1 trilyon dollar məbləğin toplanmasıdır. Bu məbləği təmin etməkdə Birləşmiş Krallıq, Birləşmiş Ştatlar, Almaniya və Fransa ilə yanaşı Çin, Hindistan və Cənubi Koreyadan da gözləntilər var.

Bəzi ekspertlər, hətta ayrı-ayrı ölkələr bu iddialı məqsədin əldə olunacağına çox da ümidli görünmür. Papua-Yeni Qvineya, məsələn, bu sammiti "mənasız" sayıb, iştirakdan imtina edib. Belə pessimist düşüncələrin səbəbi var: 2009-cu ildən bəri COP çərçivəsində götürülmüş ildə 100 milyard dollarlıq öhdəlik yalnız 2022-ci ildə yerinə yetirilib. Ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 iqlim sammitində fosil enerji növlərindən "yaşıl enerji"yə keçid haqda qərar verilmişdi. Bu il isə məqsədlər və gözləntilər daha yüksəkdir. Xərclərlə bağlı proqnozlar 500 milyard dollardan 1 trilyon dollara qədər dəyişir. Bu, əslində, dünya Ümumi Daxili Məhsulunun 1 faizindən də azdır. Bu Ümumdünya Resursları İnstitutunun hesablamasıdır. Mənbə bildirir ki, proqnozlar hətta 5 trilyon dollara qədər yüksələ bilər. ÜRİ ekspertləri hesab edir ki, bu hədəfə çatmaq üçün isə təkcə dövlətlər deyir, nəhəng şirkətlər, fondlar da öz dəstəyini verməlidir. Qəzet yazır ki, COP29 konfransında iqlimin qorunmasına töhfə verən dövlətlərin siyahısının genişlənəcəyi gözlənilir. Bəzi dövlətlər isə bu məqsədi real saymır və maliyyələşmə öhdəliyinə qoşulmaqdan yayınır.

Qeyd: "The Guardian" sanki problemi düzgün araşdırmağa çalışıb. Ancaq qəzet yenə də Azərbaycana qarşı öz qərəzini gizlətməyib. Bu konfransın BMT-nin tədbiri olduğunu bildiyi halda, böyük dövlətlərin iqlim öhdəliklərindən yayındığını gördüyü halda, heç bir bağlantısı olmadan Azərbaycanın daxili vəziyyətini tənqid etməyə çalışır. Üstəlik söhbəti Ermənistanla 2020-ci ildə aparılmış müharibəyə gətirir. Sanki qlobal iqlim dəyişikliyinə Azərbaycanla Ermənistan arasında baş vermiş müharibə, 4 il qabaq bitmiş münaqişə səbəb olub. Azərbaycanın bir yandan, Avropanın enerji təhlükəsizliyindəki rolu yüksək dəyərləndirilərkən, o biri yandan, neft-qaz hasilatına, ixracına görə tənqid olunur. Bu cür ikili yanaşma, yumşaq desək, anlaşılmazdır. Xüsusilə, Britaniya mediasından belə yanaşma təəccüb doğurur.

Seyid Əhmədli, Bizimyol.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Noyabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri