Icma.az
close
up
RU
10 günlük səyahət: Nəbadə tətildə İrana gedəsiz

10 günlük səyahət: Nəbadə tətildə İrana gedəsiz

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İrana səfər edən hər kəsin bilməli olduğu bir həqiqət var: hava limanı, dəmir yolu və avtobus vağzallarında sizə ilk növbədə lazım olacaq 2 mühüm şey yoxdur: WiFi və “exchange”.

Bununla bərabər, səyahətə manatla yox, ABŞ əsginası ilə yollanma məsləhətdir. Doğrudur, İranın şimal vilayətlərində, o cümlədən Təbriz və Ərdəbil şəhərlərində sərraflar (valyuta dəyişənlər) Azərbaycan manatını sizdən həvəslə alacaqlar, amma ölkənin şərqinə və ya cənubuna üz tutduqca, yəni Azərbaycan türkcəsi ilə rahat ünsiyyət quracağınız məkanlardan uzaqlaşdıqca manata maraq getdikcə azalır, məzənnə öləziyir.

Bizim turistə dollar niyə daha sərfəlidir? Sezar pizza

Əvvəla, hava limanlarında hansısa şəhərə təyyarə bileti almaq istəsəniz, yadda saxlayın, pasportunuzu görən kimi sizdən İran rialı deyil, dollar və ya avro ilə ödəniş tələb ediləcək.

Üstəlik, əcnəbi turist üçün ən azı qatar bileti yerli səyyahdan baha satılır. Məsələn, Məşhəd-Qum qatarına bileti 1.600.000 tümənə alacaqsınız, İran vətəndaşı isə 500.000 tümən az ödəyəcək.

Eyni qayda Qumdan Məşhədə gedən zəvvar üçün də keçərlidir: “Pənc setare” – “Beşulduz” qatarına şəstlə minib rahatlıq, komfort dadmaq istəyi sizə 3.600.000 tümənə başa gələcək.

Nəzərə almalı bir cəhət də var: bilet satışı məntəqələri aeroport, dəmir yolu və avtovağzaldan (farsca “dəftər”) kənarda yerləşir. Dövlət mülkiyyəti olan bu nəqliyyat mərkəzləri biletlərin bir hissəsini xüsusi şirkətlər arasında paylaşdırır. Yəni bir şirkət sizə bileti nisbətən ucuz, digəri baha sata təklif edə bilər.

Gündəlik İran həyatının bizdəkindən fərqli cəhətlərini də nəzərə alın. Hər gün, tutalım, mənim kimi, saat 06.30-da yuxudan oyanıb 1 saat sonra ictimai nəqliyyatla özünü vaxtlı-vaxtında iş yerinə çatdırmağa çalışma cəhdinə qonşu ölkədə rast gəlməzsiniz. Daha erkən oyanıb iş yerinə yollanan yalnız çörəkçilərdir (“nanva”), bir də olsa-olsa süpürgəçilər. Buna görə də tələm-tələs küçəyə atılmayın, saat 10-a qədər çöldə kimsə qarşınıza çıxmaz. Amma axşamlar əksinə, həyat tam mənası ilə “gəl, gəl, gəl, gözəl insan” deyə səni ağuşuna çağırır...

Beyinə həkk ediləcək bir mühüm məqam da var ki, bu da İranın Şəmsi və islami təqvimləridir. Nəbadə Novruzda, Ramazanda, yaxud mövludlarla bağlı elan edilən tətil günlərində uzaq yolun ağına düşəsiniz. Hotel qapılarında “otağ-e xali nist” (“boş otaq yoxdur”) yazısı və kassalarda bilet yoxluğu ilə üzləşmək təhlükəsi var. Bunu adlamanın bircə şərti var: əvvəlcədən hotel və bilet kirayələmək.

Məsəl var, başına gələn başmaqçı olar. Mən bununla rastlaşdım və lazımi dərsi aldım.

Çətinlik çəkəcəyiniz daha bir nüans yerli mobil telefon nömrəsi (Irancell) almaqdır. İsraillə 12 günlük müharibədən sonra xarici turistlər üçün bu, müşkülə çevrilib. Yəni yerli adamlardan kimsə kənardan işə qarışıb nömrəni öz adına alar (belə hallar var), amma hər halda elə Bakıda rouminq xidməti açdırmaq daha sərfəli sayıla bilər.

Xaricə səfər edənin ilk işi qalacaq yer tapmaqdır. Əlbəttə, puluna minnət, kisəniz qalındırsa, adambaşına 60-dan başlayan otağı kirayələmək asandır, hərgah macəra axtaransızsa, yaxud əliniz ətəyinizdən uzundursa, sadə müsafirxanada (qonaq evi) qalmaq olar. Qiymətlər 8 manatdan başlayaraq 20-yə qədərdir.

İranlılar mehriban və qonaqpərvərdir. Dil baryerini aşmaq üçün farsca bir neçə feli bilmək kifayət edir. Lazım gəldikdə sizə gərəkli tövsiyə verə, hətta qalacaq yer tapmaqda təmənnasız yardım edəcəklər.

İstənilən şəhərdə, xüsusən turist axının çox olduğu yerlərdə ev kirayə verən adamlar var. Karton lövhə üzərində yazılarla yol kənarında duran oğlanlara yaxınlaşmaqdan çəkinməyin. 150 tümən (təxminən 3 manat) əlmuzdu müqabilində cibinizə uyğun “yataqxana” tapacaqsınız.

İran şəhərlərinin hamısında ictimai nəqliyyat mövcuddur, amma görmək istədiyiniz məkanların çoxu elə mərkəzdə yerləşir. Bədəbəddə taksidən istifadə etməli olsanız, qorxmayın, qiymətlər çox münasibdir.

Yemək sarıdan da əziyyətiniz olmayacaq, hər çeşiddə və zövqdə təamaları dada biləcəksiniz. Ümumən bu xörəklərin çoxu bizə tanışdır.

Uzun sözün qısası, İrana səyahət etməyə dəyər. Şəxsi təcrübəmə əsaslanıb deyirəm, 10 gündə qonşu ölkədə görmədiyim 3 əsas şey budur:

- yollarda tıxac

- küçələrdə polis

- özüm də daxil olmaqla, adamların üzündən yağan zəhrimar!

Amma bir də deyirəm: nəbadə rəsmi tətildə İrana gedəsiz!

Əziz Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see239

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see212

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see211

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see209

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see208

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see208

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see202

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see202

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see187

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see183

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see182

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see181

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see177

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see175

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see174

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see170

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see167

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri