Icma.az
close
up
RU
10 qutu dərman satışdan YIĞIŞDIRILDI Apteklərdə dərmanların saxlanma qaydaları necə pozulur?

10 qutu dərman satışdan YIĞIŞDIRILDI Apteklərdə dərmanların saxlanma qaydaları necə pozulur?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verildiyi kimi, son dövrlərdə Azərbaycanda apteklərin fəaliyyəti, xüsusilə, dərman vasitələrinin saxlanma şəraiti ilə bağlı aparılan yoxlamalar və açıqlanan rəsmi məlumatlar gündəmdədir. Səhiyyə və nəzarət qurumlarının apteklərdə keçirdiyi monitorinqlər zamanı dərmanların temperatur rejiminə əməl olunmaması, saxlanma qaydalarının pozulması və sənədləşmə ilə bağlı nöqsanlar aşkarlanıb.
Bu hallardan bəzilərini sizinlə bölüşürük.
 

MÖVZU İLƏ BAĞLI:
Tibb dünyasını ikiyə bölən qərar: Reseptləri artıq həkimlər yazmır


2024-cü ilin yanvar-iyun ayları ərzində ümumilikdə 154 aptekdə yoxlama keçirilib. Aparılan yoxlamalar zamanı xüsusi təyinatlı qida məhsulları (uşaq qidaları, diyetik qidalar və digər), təbii mineral sular və bioloji aktiv qida məhsullarının satışı həyata keçirilən apteklərdə bir sıra uyğunsuzluqlar aşkar edilib. Agentlik tərəfindən həyata keçirilən tədbirlərlə, ümumilikdə 113 aptekdə nöqsan aşkar edilib.
2025-ci ilin ilk yarısında isə ölkə üzrə apteklərdə geniş yoxlamalar aparılıb. Ümumilikdə 166 aptek yoxlanılıb və 43-də müxtəlif nöqsanlar aşkar edilib. Bu nöqsanlara dərmanların düzgün saxlanmaması, sənədləşmədə uyğunsuzluqlar, lisenziyasız fəaliyyət və s. daxildir.
2025-in dekabrında da Analitik Ekspertiza Mərkəzi tərəfindən 25 aptek yoxlanılıb. Onların içində 7 aptekdə inzibati pozuntular müəyyən edilmiş və müvafiq protokollar tərtib olunub.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Bizim.Media-nın sorğusuna cavabında bildirib ki, dərman vasitələrinin saxlanma şəraitinə və qaydalarına riayət edilməməsi nəticəsində 2025-ci il ərzində 10 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.
Qurumun açıqlamasına görə Analitik Ekspertiza Mərkəzi öz səlahiyyətləri daxilində illik plana uyğun olaraq plan üzrə və plandankənar yoxlamalar həyata keçirir. Aparılmış nəzarət tədbirləri çərçivəsində 2025-ci il ərzində ümumilikdə 398 əczaçılıq müəssisəsində yoxlamalar həyata keçirilib. Yoxlanılmış müəssisələrdən 293-də planlı, 105-də isə plandankənar yoxlamalar aparılıb. 398 əczaçılıq müəssisəsinin 106-da pozuntular aşkar edilib və bu barədə inzibati tənbeh tədbirləri görülüb.

Yoxlamalar zamanı aptek təşkilatlarında nəzarət yalnız dərman vasitələrinin saxlanma şəraiti ilə məhdudlaşmır, eyni zamanda aptekin fəaliyyəti ümumi şəkildə normativ-hüquqi aktların tələblərinə uyğun olaraq kompleks formada yoxlanılır.
Maraqlıdır, dərmanların yoxlanılma şəraiti necə həyata keçirilir?
Qurumdan bildirilib ki, Səhiyyə Nazirliyinin Kollegiyasının 11.01.2018-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavənin (Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları) tələblərinə əsasən dərman vasitələri istifadə təlimatlarında və ya dərman vasitəsinin qablaşdırıldığı qabın üzərində göstərilmiş saxlanma şəraitinə uyğun olaraq digər təyinatlı mallardan ayrıca saxlanılmalıdır:
“Yoxlamalar zamanı aptek təşkilatlarında dərman vasitələrinin istifadə təlimatlarında və ya dərman vasitəsinin qablaşdırıldığı qabın üzərində göstərilmiş saxlanma şəraitinə uyğun saxlanılmayan dərman vasitələri ilə bağlı neqativ hallara rast gəlinir. Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanunun 4.8-ci maddəsinə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır.

Belə neqativ hallar aşkar edildikdə həmin dərman vasitələri aptekdən kənarlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunur. Elə həmin Qanuna əsasən də protokolla yanaşı həmin dərman vasitələri satışdan kənarlaşdırılır.


Dərman vasitələrinin istifadə təlimatlarında və ya dərman vasitəsinin qablaşdırıldığı qabın üzərində göstərilmiş saxlanma şəraitinə uyğun olmayan dərman vasitələri əsasən termolabil (temperatur dəyişikliyinə həssas olan, yüksək və ya uyğun olmayan tempraturda tez xarab olan) dərman vasitələridir”.
Fatimə Əliyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Yanvar 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri