Icma.az
close
up
RU
“100 il də keçsə Ermənistan bu cürətə sahib ola bilməyəcək”

“100 il də keçsə Ermənistan bu cürətə sahib ola bilməyəcək”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Türkiyə Böyük Millət Məclisinin hay əsilli sabiq deputatı təxribat xarakterli proqnozla çıxış edib

Xalqların Demokratiya Partiyasının (HDP) təmsilçisi olan sabiq millət vəkili Haro Paylan bildirib ki, Ermənistanın güc toplayıb Azərbaycanla yenidən müharibə aparması üçün, azı, 3-5 il lazımdır. Ona görə də vaxt itirmədən sülh müqaviləsi imzalanmalıdır.

Onun sözlərinə görə, bu müddət ərzində Ermənistan iqtisadiyyatını gücləndirməli və ordusunu möhkəmləndirməlidir. Dost ölkələr ilə əlaqələr yüksək səviyyəyə çatdırılmalıdır. Paylanın bu bəyanatı belə qənaətə gəlməyə əsas verir ki, Ermənistan həm silahlanmaqda, həm də Avropa İttifaqının ölkəsindəki missiyasının səlahiyyətlərini daha 2 il uzatmaqla militarist siyasət yürüdür. Bölgənin sülh və sabitliyə ehtiyacı olduğu bir vaxtda belə bir bəyanat Azərbaycana qarşı düşmənçilikdən başqa bir şey deyil.

Həm də Azərbaycan artıq Ermənistanın müstəqil siyasətinin olmamasına və onun üçün qərarların kənardan qəbul edilməsinə öyrəşib. Ölkənin baş naziri sülhdən danışır və ya kommunikasiyaların açılması barədə bəyanatlar verir, eyni zamanda, türklərə düşmən olan bir erməni hayların bədnam planlarından xəbər verir.

Nifrət, qəzəb və müharibə ritorikasını ehtiva edən belə bir bəyanatın verilməsi təəssüf doğurur. Bu, bir daha onu göstərir ki, ermənilər ilə sülh imzalamaq və əmin-amanlıq şəraitində yaşamaq asan olmayacaq.

Təəssüf ki, H.Paylan kimi insanlar Qərb, xüsusən də böyük ölkələr tərəfindən xidmətlərinə görə yüksək qiymətləndirilir. O, Türkiyə dövlətinin qanunverici orqanı kimi ali məclisində oturmasına baxmayaraq qondarma soyqırımı məsələsini dəfələrlə səsləndirib, Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı sərsəm açıqlamalar verib. Bu davranışı ilə birbaşa PKK terror təşkilatına və erməni terror qruplarına xidmət edib. Özünü hüquq müdafiəçisi kimi qələmə verən bu şəxs özünün xəstə təxəyyülündə Ermənistanı silahlandırmaqla yenidən müharibəyə atılmasını və dağıdılmasını təhlil edir.

Tarix göstərir ki, Haro Paylan kimi ikiüzlü ermənilər qazdıqları quyuya sonda özləri düşürlər.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu bildirdi ki, Haro Paylan Ermənistandakı durumu təsəvvür edə bilmir: “O, Türkiyədə yaşayır və elə bilir ki, Ermənistanın Azərbaycanla yeni savaşa girməyə gücü var. Əgər yenidən müharibə olarsa, yenə Ermənistan məğlub olacaq. Əhali sayımız çox, iqtisadiyyatımız yüksələn xətt üzrə inkişaf edir. Əlavə olaraq, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik sazişi var. Azərbaycana qarşı təxribat Türkiyəyə qarşı təxribat deməkdir. Bunu Paylan da yaxşı anlamalıdır”.

E.Şahinoğlu sözlərinə onu da əlavə etdi ki, Paylanın fikirləri təxribat xarakteri daşıyır: “Deyir ki, 3-5 il keçsin və özünə gələndən sonra Ermənistan Azərbyacana cavab verəcək. Yüz il də keçsə Ermənistan bu cürətə sahib ola bilməyəcək. Biz torpaqlarımızı azad etmişik, Qarabağ üzərində suverenliyimizi bərpa etmişik. Şərti sərhəddə strateji yüksəkliklərə sahibik. Təxribat baş versə, həmin yüksəkliklərdən Ermənistanın bütün hərbi hissələrini, hava limanlarını darmadağın etmək iqtidarındayıq.

Amma Paylan, Köçəryan, Sarkisyan kimi avantürüstlər düşünürlər ki, 5–10 il keçəcək Ermənistan güclənəcək və Azərbaycanın cavabını verəcək. Anlamırlar ki, Ermənistan təxribata əl atsa, bu dəfə dövlət kimi xəritədən silinəcək. Azərbaycan artıq öz əzəli, tarixi torpaqlarını tam olaraq geri qaytaracaq”.

Paylanın fikirlərinə Ermənistanda faşist təxəyyülündə olan bəzi qrupların da dəstək verdiyinə diqqət çəkən politoloq reallığı anlayanın elə Paşinyanın özü olduğunu dedi: “Amerikada bu reallığı anladıb ki, artıq Türkiyə və Azərbaycan ilə məsələləri sülh yolu ilə həll etməyin vaxtıdır. Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən və Azərbaycanın Qarabağda həyata keçirdiyi bir günlük anti-terror əməliyyatından sonra bölgədə formalaşan reallıqları anlamağa başlayıb. O, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qalıb, Minsk qrupundan imtina edib, “soyqırımı tanıtma” siyasətinin Ermənistana faydası olmadığını bildirib. Üstəgəl, Zəngəzur dəhlizinin açılmasının yubadılmasının Ermənistanın ziyanına olduğunu anlamağa başlayıb”.

Vəziyyəti fərqli şəkildə təhlil etməyi bacaran Paşinyan Azərbaycan və Türkiyə ilə düşmənçiliyin Ermənistanı uçuruma apardığının fərqindədir. O, bircə addım ataraq konstitusiyada zəruri dəyişikliklərə getməklə sülh sazişinin imzalanmasını təmin edə bilər. Ancaq onu da unutmamalıyıq ki, Paşinyandan sonra hakimiyyətə revanşistlər gələrsə, onlara yenidən reallıqları anlatmaq məcburiyyətində qala bilərik.

Azər MUSTAFAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri