100 illik ev alıb bu hala hala saldılar FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cütlük evin özünəməxsus ab-havasını qoruyaraq onu rahat yaşayış məkanına çevirib.
Ukraynalı qadın ispaniyalı həyat yoldaşı ilə Karpatlarda 100 illik ev alıb. Onlar 5 il ərzində köhnə evi tamamilə dəyişdirərək onu Ukrayna koloritinin qorunduğu rahat və zövqlü yaşayış məkanına çeviriblər.
Bizim.Media xəbər verir ki, interyer dizayneri olan ev sahibi “Instagram”da paylaşdığı videoda bildirib ki, o, ispaniyalı həyat yoldaşı ilə birlikdə bu evi beş il əvvəl ucqar bir xutorda satın alıb.
Tanışları isə onlara “bu köhnə xarabalığı sökməyi” və yerində müasir ev tikməyi məsləhət görüblər.
Qadının sözlərinə görə, bəzi insanlar onların qərarına şübhə ilə yanaşıb və illərlə əziyyət çəkəcəklərini proqnozlaşdırıblar. Lakin cütlük evin özünəməxsusluğuna heyran olub və onun tarixini və ekoloji materiallarını qorumaq istəyib.
Buna görə də onlar risk edərək evi bərpa etmək qərarına gəliblər. İş olduqca yorucu olub, lakin nəticə bütün gözləntiləri üstələyib.
“Beş il ağır zəhmət, Karpat məişəti ilə gündəlik mübarizə...”, – deyə o bildirib.
Qadın evin təmirdən əvvəlki köhnə fotolarını nümayiş etdirərək onları yeni görüntülərlə müqayisə edib. “Əvvəl” və “sonra” arasındakı fərq həqiqətən də diqqət çəkir.
Evi tarixi ab-havasını qorumaqla yanaşı, dəbli və rahat yaşayış məkanına çevirmək mümkün olub.
“Əhənglənmiş gil sobamız indi övladımızı isidir və arzuladığımız rahatlığı yaradır”, – deyə ev sahibi bildirib.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 04 Oktyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















