Icma.az
close
up
RU
100 yaş klubu na necə daxil olmaq olar? Mavi bölgələr in sirri

100 yaş klubu na necə daxil olmaq olar? Mavi bölgələr in sirri

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir anlıq təsəvvür edin səhər oyanırsınız və 95 yaşınız var. Amma hələ də bağçanızda tərəvəz yetişdirir, nəvələrinizə hekayələr danışırsınız, dostlarınızla gülüş dolu süfrələrdə görüşürsünüz. Əlinizdə əsa ola bilər, amma zehniniz aydın, qəlbiniz isə hələ də həyata sevgi ilə bağlıdır. Bu, dünyada "mavi bölgələr" adlanan yerlərdə yaşayan insanların reallığıdır.

Qaynarinfo xəbər verir ki, "mavi bölgələr" dünyanın ən çox 100 yaş və yuxarısı insanlara sahib olan əraziləridir. Prof. Dr. İsmet Tamer bildirir ki, Yaponiyadakı Okinava, İtaliyanın Sardiniya adası, Kosta Rikanın Nikoya yarımadası, Yunanıstanın İkariya adası və ABŞ-ın Kaliforniya ştatındakı Loma Linda bölgəsində yaşayan insanlar ortalamadan xeyli uzun, sağlam və aktiv ömür sürürlər. Bu bölgələrin sirri bizə daha uzun və keyfiyyətli həyatın qapılarını açır.

Doyana qədər yeməyin!

Prof. Dr. İsmet Tamer genetik irsin önəmini vurğulayaraq bildirir ki, bəzi insanlar doğuşdan bioloji üstünlüyə sahibdir. Lakin Ümumdünya Səhiyyə Təşkilatı və National Institute on Aging tərəfindən aparılan geniş tədqiqatlara görə, genetik faktorlar insan ömrünün cəmi 20-25 faizini müəyyən edir, qalan hissə isə həyat tərzi, ətraf mühit və fərdi seçimlərlə bağlıdır.

Məsələn, Sardiniyada zeytun yağı, tam taxıllar və təzə tərəvəzlər; Okinavada şirin kartof, soya məhsulları və yaşıl yarpaqlı tərəvəzlər; Nikoyada isə paxlalılar, qarğıdalı və tropik meyvələr gündəlik qidalanmanın əsas hissəsini təşkil edir. British Medical Journal"da dərc edilən bir araşdırma, bitki əsaslı Aralıq dənizi tipli qidalanmanın ürək-damar xəstəlikləri riskini 30 faizədək azaltdığını göstərir.

Okinavada tətbiq edilən "mədənizin yalnız 80 faizi dolana qədər yemək" fəlsəfəsi - hüceyrə səviyyəsində qocalmanı ləngidir. Başqa sözlə, süfrəmizdə etdiyimiz seçimlər təkcə mədəmizi deyil, bioloji saatımızı da formalaşdırır.

İdman zalı yanlışlığı

"Mavi bölgələr"də yaşayan insanlar idman zallarında saatlarla məşq etmir. İsmet Tamerin sözlərinə görə, onların fiziki fəaliyyəti gündəlik həyatın təbii hissəsidir: tarlada işləmək, pilləkən qalxmaq, qonşuya piyada getmək, bağda tərəvəz yetişdirmək. Harvard Tibb Fakültəsinin uzunmüddətli tədqiqatları göstərir ki, gündə 7-8 min addım atan insanların ölüm riski, hərəkətsiz həyat tərzi sürənlərə nisbətən 40 faiz azdır.

Zehnin qocalmasına "dayan" deyin!

Prof. Dr. İsmet Tamer vurğulayır ki, yaşlanma təkcə bədənlə bağlı deyil, həm də zehni bir prosesdir. Okinavada "ikigai” adlanan "həyat məqsədi” anlayışı insanların hər səhər oyanmaq üçün bir səbəbinin olmasını təmin edir. "Psychosomatic Medicine" jurnalında yayımlanan bir tədqiqat göstərir ki, həyat məqsədi güclü olan insanlarda ürək-damar xəstəlikləri və depressiya riski əhəmiyyətli dərəcədə aşağıdır.

"Harvard Adult Development Study" isə 75 ildən çox davam edən araşdırmaların nəticəsində uzunömürlülüyün ən mühüm amilinin güclü sosial əlaqələr olduğunu ortaya qoyur. Məsələn, Okinavadakı "moai” adlı sosial qruplar, üzvlərinə ömürlük dostluq və sosial dəstək təmin edir. Bu sayədə insanlar heç vaxt tənha qalmır və özlərini bir icmanın üzvü kimi hiss edirlər.

Uzun ömrün açarı haradadır?

İsmet Tamerin fikrincə, 100 yaş klubuna daxil olmağın sirri yalnız genetik mirasda deyil: "Əsl sirr təbiətlə uyğun qidalanmaqda, hərəkəti həyat tərzinə çevirməkdə, zehni marağı və həyat məqsədini qorumaqda, güclü sosial bağlar qurmaqda və çətinliklər qarşısında dözümlü qalmaqda gizlidir. Ömrümüzü uzatmaq qədər, onun keyfiyyətini artırmaq da öz əlimizdədir. Əgər bu gündən süfrəmizə bir az daha çox tərəvəz, həyatımıza bir az daha çox hərəkət, qəlbimizə bir az daha çox sevgi və zehnimizə bir az daha çox maraq əlavə edə bilsək, bəlkə də hamımız 100 yaş klubunun dəvətliləri arasına qatıla bilərik".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri