11 ildən sonra süni intellekt sayəsində 400 min dollarlıq Bitcoin ə çıxış əldə etdi
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
X (keçmiş Twitter) platformasında "cprkrn" adlı istifadəçi bildirib ki, "Anthropic” şirkətinə məxsus "Claude" adlı süni intellekt servisi vasitəsilə uzun illərdir itirilmiş kriptovalyuta cüzdanına çıxışı bərpa edə bilib.
Ölkə.az xəbər verir ki, cüzdanda 2015-ci ildə hər biri təxminən 250 dollar qiymətə alınmış 5 "Bitcoin" (5 BTC) saxlanılırdı. Hazırda bu məbləğin dəyəri təxminən 400 min dollar kimi qiymətləndirilir.
İstifadəçinin sözlərinə görə, o, "Claude" sisteminə köhnə kompüterdən götürülmüş faylları yükləyib. Bundan sonra neyroşəbəkə köhnə kriptovalyuta cüzdan faylını və giriş üçün tələb olunan seed-frazanı aşkar edib. Bu məlumatlar əsasında süni intellekt istifadəçiyə cüzdana giriş parolunu bərpa etməyə kömək edib.
Nəticədə istifadəçi illərdir axtardığı və təxminən 7 milyard mümkün kombinasiya yoxladığını bildirdiyi parolu əldə edib. Parolun "lol420fuckthePOLICE!*:)” olduğu qeyd edilir.
"Cprkrn" həmçinin bildirib ki, 11 il ərzində müxtəlif proqramlarla cüzdana giriş bərpa edilməyə çalışılıb, lakin nəticə əldə olunmayıb. O, "Anthropic” şirkətinə təşəkkür edib və hətta şirkətin rəhbərlərindən biri olan Dario Amodeinin adını övladına verəcəyini deyib.(qaynarinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 14 May 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















