Icma.az
close
up
RU
11 yaşlı qızın dəhşətli hekayəsi: Əlil şəxsə məcburi ərə verildi, körpəsi bətnində öldü

11 yaşlı qızın dəhşətli hekayəsi: Əlil şəxsə məcburi ərə verildi, körpəsi bətnində öldü

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən qız 12 yaşına çatmamış məcburi ərə verilib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün “Facebook” hesabında azyaşlının acı hekayəsini paylaşıb:

“Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qızın taleyi ürəksızladan dərəcədə ağırdır. 12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir. Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır. Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.

Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır. Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir. Lakin dərdi bununla bitmir – doğuşdan cəmi bir ay sonra yenidən hamilə qalır. Çünki ətrafdakı insanlar onu uşağın ölümündə günahlandırır və bu, qızı mənəvi cəhətdən məhv edir”.

Mehriban Zeynalova qeyd edib ki, azyaşlı 14 yaşında ikinci övladını dünyaya gətirib:

“Yenə də azyaşlı olduğu üçün doğuş ev şəraitində həyata keçirilir. Yaşadıqları ağır şərtlər və qeyri-insani təzyiqlər onu həyatdan daha çox küsdürür. Keçən ildən ərindən qeyri-rəsmi olaraq ayrı yaşamağa başlayıb, lakin rəsmi nikahları hələ də qüvvədədir. Çünki 18 yaşı tamam olduqda onu nikaha məcbur ediblər. Əri ondan 10 yaş böyük idi, lakin anası yenə də qızını qorumaq əvəzinə bu izdivaca razılıq verib. Bu acı dolu həyat hekayəsi, təəssüf ki, hələ də davam edir. Qız uşaqlığını itirib, amma nə uşaq ola bilib, nə də insan kimi yaşamağın nə olduğunu hiss edə bilib”.

Mehriban Zeynalova hazırda sözügedən qızın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirildiyini deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see195

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see181

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see162

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri