110 il əvvəlki acı tarix Rumıniya Rusiyaya göndərilən qızılı geri almaq istəyir
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Rumıniya Birinci Dünya Müharibəsi zamanı Rusiyaya göndərdiyi qızıl və digər qiymətli əşyaların geri qaytarılmasını tələb etməyə başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Buaxerst bu barədə bəyanat verib.
Bildirilib ki, 1916-cı ildə Birinci Dünya Müharibəsində Rumıniya paytaxtı Buxarest də daxil olmaqla ərazisinin bir hissəsini itirib: "Həmin vaxt ölkənin Milli Bankı başda olmaqla, dövlət qurumlarını Yaşiyə köçürülüb. O dövrdə bütün ərazisini itirmək riski ilə üzləşən Rumıniya Milli Bankda saxlanılan qızıl ehtiyatlarını və digər qiymətli əşyalarını Rusiyaya göndərmək qərarına gəlib. 1916-cı ilin dekabrı ilə 1917-ci ilin oktyabrı arasında Milli Bankdan 91,5 ton qızıl və bəzi zərgərlik və mədəni əşyalar gəmi ilə Moskvaya daşınıb. Rumıniya Birinci Dünya Müharibəsindən sonra qızılını geri almaq üçün cəhdlər edib, lakin məsələ günümüzə qədər uzanıb".
Rumıniya Xarici İşlər Nazirliyi ölkənin 1916-1917-ci illərdə təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Rusiyaya göndərdiyi 91,5 ton qızıl ehtiyatının, eləcə də bəzi zərgərlik və mədəni əsərlərin geri qaytarılması ilə bağlı rəsmi Moskva qarşısına tələbini yeniləyib: "Bu məsələ Rumıniya ilə Rusiya arasında siyasi gündəmdə ən vacib məsələlərdən biri olaraq qalır. Rumıniya-Rusiya Birgə Komissiyası bu iş üzrə fəaliyyətini bərpa etməlidir"
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 15 Yanvar 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















