Icma.az
close
up
RU
12 komandalı liqa üçün ən uğurlu format TƏHLİL

12 komandalı liqa üçün ən uğurlu format TƏHLİL

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

AFFA İK-nin son iclasında qəbul olunan qərarlar geniş müzakirə edilməkdədir. Yaxşı haldır, çoxluq münasibət bildirir, fikir aktivliyi yaranır.

Görünən odur ki, futbolumuzda nə qədər tənəzzül yaşansa da, soyuq aylarda əksər stadionlar, tribunalar boş qalsa da, insanlar bu sahədən soyumayıb…

Azarkeş amilini təsadüfi qabartmadıq. Aşağıda buna aydınlıq gətirməyə çalışacağıq.

Qərarlardan ən məqbulu, növbəti mövsümdən Premyer Liqada komanda sayının 12-ə çatdırılmasıdır. Futbol ictimaiyyətinin çoxdan gözlədiyi qərar idi. Daha əhəmiyyətli olması ondan ibarətdir ki, əlavə iki komanda hansısa sponsor sayəsində olmayacaq, dövlət dotasiyası hesabına artım baş verəcək. Bunu nəzərə aldıqda, İK-nin verdiyi qərarın səlahiyyətli dövlət qurumları ilə razılaşdırıldığı sezilir. Çünki burada söhbət böyük maliyyədən gedir. Buna qol qoyanlara alqış düşür.

12 komandalıq çempionatın hansı formatda keçiriləcəyi də qızğın debatlara yol açıb. Hələ liqanı kim tərk edəcək, hansı komandalar yuxarı qalxacaq, idman prinsipləri pozulacaq, imtiyazlar olacaq və s. kimi suallar dolaşır.

Niyə bu qədər suallar ortaya çıxır? Çünki çıxarılan qərar nəcib və düzgün addım olsa da, ötən yazımızda qeyd etdiyimiz kimi, bəzi qərarlarda natamamlıq var. Bu məsələlər ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır. İşi bilənlər prosesə cəlb edilməli və yanlışlığa yol verilməməlidir.

Niyə bu qənaətə gəlirik?

Dolaşan fikirlərdə “altılıq” sistemi baltalanır. Nəyə əsasən? Axı 12 komandalıq çempionatda pley-offlarsız keçinmək mümkünsüzdür və ya çempionatın özü natamam yarışa çevrilə bilər. Düzdü, arqumentlər gətirilir, vaxtilə 12 komandalıq formatda “altılıq” sistemi Azərbaycan futbolunda tətbiq edilib.
Çoxu bunu uğursuz sayır. İkinci “altılığın” formal xarakter almasının, liqanı heç bir komandanın tərk etməməsini göz önünə gətirdikdə, hansı maraqdan, mübarizədən söhbət gedə bilərdi. Problem formatda, sistemdə deyildi, problem futbol sistemini əcaib idarə edənlərdə idi.

Futbolpress.az olaraq 12 komandalıq çempionatların bir neçəsini nəzərdən keçirdik. Axtarışlarımızı davam etdirərkən, məlum oldu ki, nəinki 12, 16 komandalıq çempionatlarda belə 2 dövrəli mərhələdən sonra müxtəlif formatda pley-off oyunları keçirilir.

Buraya Belçika, Serbiya kimi ölkələr daxildir. UEFA əmsallar cədvəlində 8-ci yerdə qərarlaşan belçikalıların tətbiq etdiyi format azarkeşlərin stadionlara cəlb edilməsində faydalıdır, bundan başqa komandalara əlavə şans verərək idman prinsiplərinin qorunması baxımından üstündür. Mövsüm boyu daha çox oyun keçirən Avropanın “5-lik ölkələri” klubları ilə nisbətən ayaqlaşmaları və nəhayət biznes maraqlarının təmin edilməsi baxımından komandalar iki yox, tutduqları yerlərə görə daha çox qruplara bölünür və bu üst sıralarda rəqabəti və oyunlara marağı pik həddə çatdırır. UEFA klub reytinqində ölkə olaraq İlk 20-liyi hədəflədiyimiz strategiyaya nəzərən ən uyğun versiyalardan biri sayıla bilər.

Futbol təsərrüfatı Azərbaycana daha yaxın görünən, bu bövsüm avrokuboklara iyirmilikdə başlayan Serbiyada da 16 komanda 2 dövrədən sonra 2 “səkkizliyə” bölünürvə mükafatlar, vəsiqələr uğrunda mübarizəni davam etdirirlər.

Qayıdaq növbəti mövsümdən tətbiq ediləcək 12 komandalıq sistemə.
Azərbaycan futbolu çox vaxt Almaniya, İngiltərə, İspaniya kimi futbol ölkələri ilə müqayisə edilir. İstək, iddia yaxşı şeydir, reallıq isə başqa… Biz heç özümüzü yuxarıda nümunə göstərilən, ərazi, əhali sayında uyğunluq olan Belçika futbolu ilə müqayisə edə bilmərik. Şərtlər, imkanlar müqayisəolunmazdır.

Nümunə üçün 3 ölkəni nəzərinizə çatdıraq:

Macarıstan

UEFA klub reytinqində 24-cü yerdə qərarlaşan Macarıstan elitasında 12 komanda 3 dövrəli sistemlə mübarizə aparır. İdman prinsipləri qorunur, yuxarı yerlər uğrunda mübarizə öz yerində, aşağı liqada da səviyyə uyğunluğu olduğuna görə, son 2 pillədə qərarlaşmamaq üçün savaş gedir. Macarıstanda gənc futbolçuların yetişməsinə, oynadılmasına xüsusi önəm verilir, komandalara əlavə bonuslar ödənilir.

Danimarka

Danimarka Super Liqasında 2016/17 mövsümündən başlayaraq çempionata dair ciddi araşdırmalar, analizlər aparıldıqdan sonra ciddi islahatlar oldu. İlk olaraq 14 komanda 2 dövrədən sonra 3 qrupa bölünürdü: ilk “altılıq”, 7-10 yerlər (bir komandanın avrokuboka vəsiqə uğrunda oynaması şərtilə), 10-14 yerlər isə -liqada qalmaq uğrunda mübarizə aparır.

2020/21 mövsümündən Danimarkada 12 komandalıq formata qayıdılıb və ilk dövrədən sonra “altılıq” sistemi tətbiq edilir. Bu sistem güclü komandaların bir-biri ilə qarşılaşması sayını, rəqabəti, səviyyəni artırır və azarkeşlərin tribunalara axışını, marağını təmin edir.
Futbol infrastrukturu yerində olan Danimarka futbola kompleks yanaşmağı ilə seçilir. Bunun sayəsində yerli futbolçular da yetişir, güclü, sabit milli komandaları mövcuddur, daha güclü çempionatlara futbolçu satışını təmin edirlər, UEFA klub reytinqində də artıq ilk 15-llikdə möhkəmlənməyə çalışırlar.

Avstriya

Avstriya Bundesliqası da 12 komandalıq sistem tətbiq edir. 2 dövrədən sonra toplanmış xallara əsasən güclülər və zəiflər arasında “altılıq”lar formalaşır. “Altılıq” oyunlarına başlamadan öncə qazanılan xallar yarıbayarı azaldılır (tək rəqəm olarsa, aşağı hədd götürülür, məs. 25 – 22 xal olur).

UEFA klub əmsallar cədvəlində inanılmaz sıçrayışa nail olan avstriyalılar, hazırda 13-cü pillədədirlər və bu da artıq ÇL-də 2 komanda ilə təmsil olunmaq deməkdir. İlk altılığın 4 komandası tutduqları yerə uyğun, avrokuboklara birbaşa vəsiqəni təmin edirlər. İkinci “altılıqda” 1-2-ci yerləri tutanlar öz aralarında əlavə pley-off görüşündən sonra, ilk “altılığ”ın 5-cisi ilə aralarında avrokuboklara son, 5-ci vəsiqənin sahibini müəyyənləşdirirlər.
Liqanı tərk etməyə namizədlər arasında da ölüm-qalım mübarizəsi gedir.

Qeyd olunan və uğur qazanan ölkələrin hamısında komandaların böyük əksəriyyəti paytaxtları deyil, bölgələri təmsil edir və coğrafiya üzrə balans qorunur. Yəni, ölkələr üzrə, bütün regionlar çempionatlarda iştirak edir.
Cəmiyyət arasında reallığa söykənməyən və böyük futbol ölkələri ilə müqayisələr yanlışlığa, hətta analizlərdə onsuz da dibdə olan Azərbaycan futbolunu uçuruma aparmağa sövq edər.

Maarifləndirməyə, ekranlarda bu mövzularda xaotik yox, faktlara söykənən debatlara ehtiyac duyulur. Ölkədə iki idman kanalı var. Bu boşluq aradan qaldırılmalı, xüsusi və davamlı verilişlər efirə getməlidir. Bu işlərdə idman mediası da aktivləşməlidir.

Biz Azərbaycana nisbətən uyğun ölkələri seçib nümunə göstərdik. 3-5 minlik stadionlardan tutmuş, 30-50 minlik arenalara qədər – əsas məqsəd futbolun ölkə üzrə balanslı yayılmasıdır.

UEFA klub reytinqində ilk 15-də möhkəm yerini tutan Avstriyada ortalama azarkeş sayı maksimum 6-7-8 mindir…

Və qayıdaq 15 il əvvələ…

Azərbaycanda da “altılıq” sistemi tətbiq olunurdu. Klublarının Avropa qruplarına yolu elə o sistemin tətbiqindən başladı. İkinci “altılıq” qüsurlu idisə, yuxarıda qərarlaşan komandalar hər tur azarkeşlərə mübariz oyunları ilə sevincli anlar yaşadırdılar. Yenidən göz önünə gətirək: hər tur “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ”, “Bakı”, “İnter” öz aralarında oynayırdılar. Hər biri çempionluğa, minimum avrokuboklar uğrunda döyüşə çıxırdılar. Dinamika, indikindən daha əhatəli coğrafiya… Hər oyuna 5-10-15 min azarkeş sayı adi, sıradan rəqəmlər idi. Bu rəqabətin sayəsində “Neftçi”, “Qarabağ”, “Qəbələ” ardıcıl olaraq avrokuboklarda qrup mərhələsinə yüksəldi.

Bütün bunlar hələ AFFA-da futbol idarəçiliyi sistemsiizliyinin olduğu illərdə baş verib. Təssəvür edin, bölgə klubları qayıtsa, çoxluq təşkil etsə, 12 komandalıq sistemə daha həssas, yerli şəraiti düşünərək, digər ölkələri də analiz edərək ən optimal format seçilərsə, hansı uğurlar qazanıla bilər.

Həmçinin, yaddan çıxarmayaq, əvvəlki qrup uğurları 6+5, 7+4 limiti ilə qazanılıb. Gələn mövsümdən bu da olmayacaq. Deməli, klublarımız üçün daha böyük imkanlar açılmış olacaq. Görək necə dəyərləndiriləcək…

Kamil Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see370

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see284

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see174

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see151

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see148

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see137

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see134

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see129

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see129

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see123

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see122

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see121

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see120

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri