Bu şəxslər DİM in imtahan ödənişlərindən AZADDIR
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən qəbul imtahanlarında iştirak ödənişlidir. Belə ki, magistraturaya qəbulun hər iki imtahan mərhələsi üçün iştirak haqqı 50 manat təşkil edir. Ali təhsil müəssisələrinə qəbul üzrə ikinci şans imtahanında iştirak etmək istəyən abituriyentlər də 50 manat ödəniş etməlidirlər.
Bəs kimlər bu ödənişdən azaddır?
Redaktor.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən azedu.az-a bildirilib ki, aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirənlərin) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
- Bunlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar
- məcburi köçkün statusu olan şəxslər
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Bu kateqoriyaya aid olan şəxslər qəbul imtahanlarında ödəniş etmədən iştirak edə bilərlər.
Baxış sayı:64
Bu xəbər 31 Yanvar 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















