Gürcü və yunan futbolçu “Liverpul”u “Beşiktaş”a dəyişmək istəyir
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Liverpul"un iki futbolçusu "Beşiktaş"a transfer oluna bilər.
İdman.Biz xəbər verir ki, jurnalist Santi Aunanın “X”də paylaşdığı məlumata görə, İstanbul təmsilçisi "Liverpul"un cinah müdafiəçisi Konstantinos Tsimikasın keçidi ilə bağlı tam razılıq əldə edib.
Hazırda Türkiyə klubu yunan futbolçu ilə “Latsio”nun üzvü Nunu Tavares arasında seçim edir. Gözlənilir ki, "Beşiktaş" növbəti 24-48 saat ərzində yekun qərarını verəcək.
Mənbənin məlumatına əsasən, "Qara-ağlar" eyni zamanda “mersisaydlılar”ın qapıçısı Giorgi Mamardaşvilini mövsümün sonuna qədər 2 milyon avro qarşılığında icarəyə götürməyi təklif ediblər. Müqavilədə icarə müddətinin uzadılması imkanı da nəzərdə tutulur.
Qeyd edək ki, ötən yaydan etibarən Tsimikas icarə əsasında "Roma"nın formasını geyinir. O, bütün turnirlərdə 17 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Mamardaşvili isə cari mövsümdə 11 matçda iştirak edib və onlardan üçündə qapısını toxunulmaz saxlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 31 Yanvar 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















