Icma.az
close
up
RU
12 yaşlı futbolçu qız: Gələcəkdə Azərbaycan milli komandasının kapitanı olmaq istəyirəm Cəlilabaddan VİDEOREPORTAJ

12 yaşlı futbolçu qız: Gələcəkdə Azərbaycan milli komandasının kapitanı olmaq istəyirəm Cəlilabaddan VİDEOREPORTAJ

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Cəlilabad rayonu Şıxlar kəndinin 12 yaşlı sakini Zeynəb Tanrıverdiyeva özünün futbol istedadı sayəsində xüsusilə, son günlərdə xeyli məşhurlaşıb.

"Report"un Muğan bürosunun əməkdaşı istedadlı yeniyetmə futbolçunun yaşadığı kənddə Zeynəb və ailəsi ilə həmsöhbət olub.

Hazırda 7-ci sinifdə oxuyan Zeynəb futbola marağının yaranmasını dünya ulduzu Kriştianu Ronaldunun “sehirbazlığı” ilə əlaqələndirib:

“Hələ doqquz yaşım olanda kompüterdə Kriştianu Ronaldunun fəndlərini izləyərkən məndə futbola böyük maraq yarandı. Bundan sonra plastik qabaqlarla futbol oynamağa başladım. Bu həvəsimə baxmayaraq, valideynlərim futbol oynamağıma icazə vermirdilər. Ancaq oyunumu gördükdən sonra mənə dəstək olmağa başladılar.

Müəllimim Cəlilabadda qızlardan ibarət futbol komandasının yaradılacağı haqda paylaşım etmişdi. Mən də həmin komandaya qoşuldum. Lakin sonra o komanda fəaliyyətini dayandırdığı üçün oğlanlardan ibarət komandada məşq etməyə başladım. Məşq zamanı mənim videomu çəkərək paylaşıblar. Məşqçilər də bu videonu görərək məni “Sabah” komandasına dəvət etdilər. Uğurlu futbol karyerası qurmaq və gələcəkdə Azərbaycan milli komandasının kapitanı olmaq istəyirəm”.

Zeynəbin atası Zöhrab Tanrıverdiyev ilk vaxtlarda qızının futbola marağını təəccüb və tərəddüdlə qarşılasa da, sonra fikrini dəyişməli olub:

Zöhrab Tanrıverdiyev

“Əvvəlcə mənə qəribə gəlirdi. Fikirləşirdim ki, qız hara, futbol hara?! Çünki qızların futbol oynaması barədə heç bir təsəvvürüm yox idi. İşdən gələndə görürdüm ki, plsatik qabaqlarla özü üçün futbol oynayır. Hətta bir dəfə maşını həyətə salanda mane olduğu üçün onun futbol oynadığı qapaqları yığıb zibilliyə atmışdım. Bir dəfə gecə saat 3 olardı. Gördüm ki, Zeynəb həyətdə topla məşq edir. Bundan sonra artıq ona futbolla məşğul olmağa icazə verdim və dəstək olmağa başladım”.

Daha ətraflı videomaterialı izləyə bilərsiniz:

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri