Icma.az
close
up
RU
120 illik şüşədən çıxan məktub: Rus qamçısının tərindən inləyirik FOTO

120 illik şüşədən çıxan məktub: Rus qamçısının tərindən inləyirik FOTO

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Polşada yerləşən 16-cı əsrə aid "Benardine" monastırında aparılan bərpa işləri zamanı içərisində məktub olan 120 illik bir şüşə aşkar edilib. Tapıntı, monastırın qapı qülləsində görülən konservasiya işləri zamanı ortaya çıxıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 9 may 1905-ci il tarixinə aid məktub, Kazimierz Biskupi kəndində yaşayan dəmirçi Karol Şults tərəfindən yazılıb.

Məktub, o dövrdə Polşanın Rusiya İmperiyasının hakimiyyəti altında yaşadığı çətinlikləri əks etdirir. Şults yazır: “Rusiya imperatoru Nikolayın hakimiyyəti altında biz polyaklar üçün həyat dəhşətlidir. Rus qamçısının tərindən inləyirik”.

Məktubda həmçinin 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsinə də toxunulur. Müəllif bu müharibəni “dünyanın başlanğıcından bu yana görülməmiş bir fəlakət” adlandırır və təxminən bir milyon insanın öldüyünü qeyd edir.

Karol Şults məktubun sonunda kəndin keşişi I. Malaxovskiyə təşəkkür edir və onun ağır dövrdə könüllü ianələrlə yeni bir kilsə tikdiyini bildirir.

Kazimierz Biskupi bələdiyyə başçısı Qreqorj Maceyyevski sosial şəbəkədəki paylaşımında bu tapıntını belə şərh edib:


“Bu məktub bizim üçün böyük bir sürpriz oldu. 120 il əvvəl kəndimizdə yaşamış Karol Şults tərəfindən yazılan bu məktub, Rusiya işğalı altındakı həyat haqqında bizə dəyərli tarixi məlumatlar verir”.

Tapılan məktub bir növ zaman kapsulu kimi qəbul olunur və tədqiqatçılar tərəfindən tarixi sənəd kimi qiymətləndirilir.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see180

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see148

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see142

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see129

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri