Icma.az
close
up
RU
127 yaşlı Azərbaycan kinosu

127 yaşlı Azərbaycan kinosu

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Milli kinomuzun tarixi, bu günü və gələcəyi...

1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.

Bu gün milli kinomuzun yaranmasından 127 il ötür. Bu illər ərzində çətin, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərini, insan və onun cəmiyyətdəki mövqeyini ekranlara gətirməklə bərabər, həm də dəyərlərimizi qoruyub.

Mədəniyyət sahəsinə daim diqqət və qayğı göstərən Heydər Əliyev milli kino sənətimizə həmişə yüksək dəyər verirdi. Ümummilli lider Azərbaycan xalqının bir çox nəsillərinin kino sənəti ilə tərbiyələndiyini, kinonun təsiri altında formalaşıb, inkişaf etdiyini və mədəniyyətə qovuşduğunu qeyd edirdi. O, xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətlərinin əvəzsiz olduğunu vurğulayırdı. Bu baxımdan Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən, hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.

Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Ötən əsrin70-80-ci illərin birinci yarısında Azərbaycan kinosu özünün intibah dövrünü yaşayırdı. Bu illərdə Azərbaycan kinematoqrafçılarının yaratdıqları dəyərli filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli özünüdərk duyğularının oyadılmasında, milli şüurun formalaşmasında və yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm rol oynamışdı. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdu. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz bu illərdə çəkilib. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi.

Sovet Azərbaycanının ilk kinolenti 1923-cü ildə çəkilən “Qız qalası” filmidir. Film o dövrdə çoxlu tənqidlərə məruz qalıb. Həmin dövrdə yalnız “Bakinski raboçi” qəzeti filmə belə münasibət bildirmişdi: “Qız qalası” filminin çəkilişi kino sənətinin ilk inkişaf dövrü üçün səciyyəvidir və Sovet Azərbaycanının birinci tammetrajlı bədii filmidir”.

1924-cü ildə lentə alınmış “Əvəz-əvəzə” filmi Azərbaycanın ilk detektiv filmidir. Film Qafqaz dağlarında xarici kəşfiyyatın fitnə-fəsadlarından danışır. Ekran əsərində sovet çekistlərinin mübarizəsi ön plana çəkilib. Filmin bəzi epizodları isə Kislovodskda lentə alınıb.

Azərbaycan kinosu tarixində ilk böyük ekspedisiya çəkilişi 1927-ci ilin sonlarında lentə alınmağa başlayan “Hacı Qara” filmidir. Bu filmin çəkilişlərində bir neçə məkandan istifadə edilib. Film Ağdamın Muradbəyli, Şuşanın Xəlfəlidərə və Daşaltı kəndlərində, Suxumidə lentə alınıb. 1928-ci ildə Bakı kinofabrikinin yeni istifadəyə verilmiş kinopavilyonunda kütləvi səhnələr, mürəkkəb çəkiliş manerası tələb edən bazar, dükan epizodları lentə alınıb.

“İsmət” filmi Azərbaycan kinosunun sonuncu səssiz filmidir. Əsər M.Mikayılovun rejissorluğu ilə 30-cu illərdə ekranlaşdırılıb. O illərdə Azərbaycan qadınının taleyindən həyəcanla, eyni zamanda, iftixar hissi ilə danışan film təkcə sənət əsəri kimi deyil, həm də həyati fakt kimi əhəmiyyət kəsb edir.

Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə onun hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanun qəbul edildi, bununla da dövlət kinematoqrafiyasının hüquqi bazası yaradıldı. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradıldı, fillərin qorunması təmin edildi.

Bu gün Azərbaycan kinosu özünün yeni inkişaf mərhələsini yaşayır. Əlbəttə, hər bir sahə kimi kino sənətinə də dövlət qayğısı nəzərəçarpacaq dərəcədə hiss edilir. Dövlət tərəfindən ayrılan maliyyə yardımları ölkəmizin kino istehsalının daha da inkişaf edəcəyinə əminlik yaradır.  Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutub. Tamaşaçıların milli kinoya marağı xeyli dərəcədə artıb. Bütün bunlar 127 yaşı olan Azərbaycan kinosunun sürətli tərəqqi dövrünü yaşadığını və qarşıda böyük inkişaf perspektivlərinin olduğunu təsdiqləyir.

Yeganə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri