Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

13 yaşlı yeniyetmənin cəsarəti sayəsində tapılan itkin dəniz

13 yaşlı yeniyetmənin cəsarəti sayəsində tapılan itkin dəniz

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Tennessi ştatında yerləşən Svitvoter və Medisonvill şəhərcikləri arasında uzanan Kreyqhed mağaraları əsrlərdir bir çox sirri qoruyur. Lakin bu nəhəng yeraltı sistemin ən heyrətamiz hissəsi 1905-ci ildə, cəmi 13 yaşı olan maraqlı bir yeniyetmənin cəsarəti sayəsində üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, kiçik Ben Sends mağaranın dərinliklərində oynayarkən olduqca dar bir keçid aşkar edir. Həmin dövrdə nə internet, nə də mağaralarla bağlı təhlükəsizlik xəbərdarlıqları bu günkü qədər yayğın idi. Buna görə də o, tərəddüd etmədən velosiped təkəri enində olan tuneldə təxminən 12 metr sürünərək irəliləyir. Tunelin sonunda dizədək suyun içində qalan Ben əslində Şimali Amerikanın məlum olan ən böyük yeraltı gölünə daxil olan ilk insan olur.

Ben Sendsin kəşfindən əvvəl bu mağaralar bölgənin yerli əhalisi olan çerokilər tərəfindən yaxşı tanınırdı. Girişdən təxminən yarım kilometr içəridə yerləşən və "məsləhət otağı” adlandırılan bölmədə qədim saxsı qablar, zinət əşyaları və ox ucluqları kimi çoxsaylı tapıntılar aşkarlanıb. Hətta 1800-cü illərdə avropalı məskunlaşanlar bu sərin mühiti kartof anbarı kimi istifadə edib, 1863-cü ildə isə Vətəndaş müharibəsi əsgərlərindən biri divara adını həkk edib. Mağaranın tarixi isə daha qədim dövrlərə, təxminən 20 min il əvvələ gedib çıxır. Həmin dövrdə qaranlıqda yolunu itirərək yarığa düşüb ölən nəhəng Pleystosen yaquarına aid ayaq izləri bu gün də mağaranın döşəməsində qorunur.

"İtkin dəniz"in sirli çiçəkləri və rəngsiz sakinləri

Ben Sends gölü ilk dəfə aşkar edəndə əlindəki zəif işıq mənbəyi səbəbindən nəhəng boşluğun sərhədlərini görə bilməmişdi. Gölün ölçüsünü anlamaq üçün müxtəlif istiqamətlərə palçıq parçaları atsa da, eşitdiyi yalnız suyun əks-sədalı sıçrama səsləri olmuşdu. Bu gün "itkin dəniz" kimi tanınan göl yalnız ölçüsünə görə deyil, nadir geoloji formalaşmaları ilə də diqqət çəkir. "Mağara çiçəkləri” adlandırılan antoditlər kalsit və araqonit kristallarının su ilə birləşməsi nəticəsində yaranır və dünyada cəmi bir neçə mağarada rast gəlinir. Tikanlı və rəngarəng kristal quruluşlar yeraltı qaranlıqda donmuş bir bağ təsiri bağışlayır.

Hazırda göldə təxminən 300 ədəd göy qurşağı alabalığı yaşayır. Lakin bu balıqlar gölün təbii sakinləri deyil. Onlar kəşfdən sonra gölün başqa çıxışlarının olub-olmadığını müəyyənləşdirmək məqsədilə insanlar tərəfindən buraxılıb. Təbii işıq və qida mənbəyindən məhrum olan bu canlılar zamanla rənglərini və görmə qabiliyyətlərinin bir hissəsini itirib. İndi onların əsas qida mənbəyi hər il buranı ziyarət edən 150 min turisti daşıyan qayıqlardan atılan yemlərdir.

Mövcud ölçmələrə görə gölün görünən hissəsi təxminən 243 metr uzunluğunda və 67 metr enindədir. Lakin bu nəhəng su kütləsi yalnız görünən hissədən ibarətdir. Dalğıclar bu günədək suyun altında 13 dönümlük ərazini xəritələşdirə biliblər, amma gölün sonuna hələ də çatmaq mümkün olmayıb. Qaranlıq dəhlizlərə doğru uzanan sualtı keçidlərin harada bitdiyi hələ də məlum deyil.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Mart 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see417

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see340

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see316

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see311

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see293

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see289

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see285

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see270

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see270

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see260

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see244

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see224

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see203

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see202

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see183

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see177

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see175

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri