Icma.az
close
up
RU
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü Bu dəfə ömürlük aldı

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şabranda mənzilə basqın edərək evin xanımını öldürüb, ərinə ağır xəsarət yetirməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun iki il davam edən məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ikisini də tamah niyyəti ilə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla öldürməkdə, quldurluqda təqsirli hesab edib. Elçinin bundan əvvəl də qəsdən adam öldürməyə görə 14 il həbsdə olması (2010-2024) da ağırlaşdırıcı hal kimi qeydə alınıb.

Müttəhimlər özlərini qismən təqsirli bilib, evə oğurluq məqsədilə girdiklərini deyiblər. Onlar planlamadıqları bu qətlə görə peşmanlıqlarını dilə gətiriblər. 

Cinayətin ağırlığı nəzərə alınaraq, Elçin Fərzəliyev və Murad Məmmədova heç bir güzəşt edilməyib. Onlar ikisi də qanunun icazə verdiyi ən ağır cəza olaraq ömürlük azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2024-cü ildə baş verib. 43 yaşlı Elçin Fərzəliyev və 48 yaşlı Murad Məmmədov Şabran şəhərində yaşayış evlərindən birinə basqın ediblər. Hadisə vaxtı onlar dəmir predmetlə (mismarçıxaran) xəsarətlər yetirməklə, 54 yaşlı Gülnarə Hüseynovanı qəsdən öldürüb, onun əri 56 yaşlı Arif Hüseynova xəsarət yetiriblər.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyun 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri