15 ildən sonra İLK Tramp Laçını ziyarət edən pakistanlını şama dəvət etdi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evin kabinetinin iclas zalında Pakistan ordusunun komandanı, feldmarşal Asim Munirlə təkbətək şam edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Samaa.tv məlumat verib.
Görüşün gündəliyi açıqlanmayıb, lakin rəsmilər bildiriblər ki, görüşdə regional təhlükəsizlik, terrorla mübarizə və ikitərəfli münasibətləri müzakirə edəcəklər.
ABŞ prezidentinin bu gün üçün cədvəlində saat 13:00-da "Pakistan İslam Respublikasının Baş Qərargah rəisi ilə şəxsi şam yeməyi" qeyd olunub.
Son 15 ildə bu səviyyədə ilk görüş məhz Hindistan və Pakistan arasında son qarşıdurma, eləcə də İsrailin İrana zərbə endirməsindən sonra baş tutacaq.
Xatırladaq ki, bu il mayın 28-də feldmarşal Asim Munir Laçına səfər edib və burada Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb.


