Icma.az
close
up
RU
15 İyun Qurtuluş günü Müstəqil Azərbaycan tarixinin parlaq səhifəsidir

15 İyun Qurtuluş günü Müstəqil Azərbaycan tarixinin parlaq səhifəsidir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Hər bir xalqın həyatına, taleyinə xoş günlər nəsib olur. Hətta elə olur ki, həmin gün xalqın müqəddəratını həll edir, öz dəyəri, məna-məzmunu tutumuna görə əsrə bərabər tutulur. Hər il iyunun 15-də bayram etdiyimiz Qurtuluş günü xalqımızın taleyində əsl dönüşə çevrilən belə günlərdəndir. Məhz 15 iyun 1993-cü il tarixindən Azərbaycanın dünya birliyi tərəfindən daha ciddi surətdə qəbul edilməsinə başlanılmışdır. Xalqımız həmin günü bütün dünyaya öz kimliyini bir daha göstərə bildi, ümumxalq iradəsinin nəyə qadir olduğunu sübut etdi.

Tarixə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan bizi 32 illik bir zaman ayırır. Şübəhsiz, bu bir dövlətin tarixi baxımından qısa bir zamandır. 1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il olmuşdur.
Qurtuluş günündən ötən bu illər çox şeyləri dəyişmişdir. Xalqımız milli dövlətini yaratmış və özünün xilaskarının fəaliyyəti nəticəsində bu dövləti əbədi etmişdir.
Məlum olduğu kimi, Azərbaycan xalqı və dövləti üçün 1990-cı illərin əvvəlləri olduqca ağır bir dövr idi. Sovet İttifaqının rəhbərlərindən biri olan xalqımızın müdrik oğlu Heydər Əliyev ermənipərəsət Mixail Qorbaçovun təkidi ilə öz vəzifəsindən istefa verəndən sonra onu doğma vətən xilas üçün çağırdı. 1990-cı ilin qanlı yanvar günlərində ulu öndərimiz heç bir təqib və təzyiqdən çəkinməyərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda imperiya tərəfindən törədilən vəhşilikləri pisləyən kəskin bəyanat verdi. Bundan sonra, Ulu öndər Moskvada qala bilməzdi. Təəssüf ki, həmin dövrdəki Azərbaycan rəhbərliyi də ona maneələr yaradırdılar. Buna baxmayaraq Heydər Əliyev dünyaya göz açdığı ana vətəninə-Naxçıvana qayıtdı. Vətənə qayıdan ulu öndəri həmin vaxt xalqınının düşdüyü ağır vəziyyət narahat etdi. Xalq Heydər Əliyevi siyasi həyatda fəaliyyət göstərməyə təkidlə çağırırdı. Bu da təsadüfi deyildi. Müdrik xalqımız yaxşı bilirdi ki, belə ağır və məşəqqətli zamanlarda ona Heydər Əliyev kimi dahi bir şəxsiyyət, lider lazımdır. Heydər Əliyev respublikanın və Naxçıvanın Ali Qanunverici Orqanlarının deputatı, daha sonra Muxtar Respublika Parlamentinin sədri seçilərək Naxçıvan Respublikasını erməni işğalından xilas etdi. Böyük insanın Naxçıvanda yaşadığı dövrdə, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Müstəqilliyin əldə edilməsi çətin olsa da onun qorunub saxlanılması ondan da çətin idi.
Azərbaycan xalqı yaxşı bilirdi ki, Heydər Əliyevin ideyaları Prezident İlham Əliyevin rəhbərliyi altında da uğurla həyata keçiriləcək. Bu həqiqətəndə belə oldu. Qurtuluşumuz böyük qələbələrlə başa çatdı, artıq xalqımız Ulu Öndərin ideyalarının Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl və səmərəli şəkildə həyata keçirilməsinə şahidlik edir. 44 günlük Vətən müharibəsində Ulu Öndərin vəsiyyətini həyata keçirilməsini torpaqlarımızın düşmən əsarətindən azad olunmasını, işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasını fərhlə seyr edirlər.
Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də olacaq. Onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla irəli aparacaqdır.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri