Icma.az
close
up
RU
15 yaşlı Makron 40 yaşlı müəllimi ilə necə sevgili olub?

15 yaşlı Makron 40 yaşlı müəllimi ilə necə sevgili olub?

Azpost saytına istinadən Icma.az xəbər verir.

Fransa prezidentinin həyat yoldaşı Bricit Makron gələcək Fransa lideri ilə ilk görüşündən danışıb.

AzPost bildirir ki, hazırda 70 yaşı olan Bricit “Paris Match” jurnalına müsahibəsində  ilk görüşləri zamanı əri ilə bağlı qorxularından, o cümlədən Makronun  öz yaşıdına aşiq olacağı ilə bağlı narahatlığından danışıb.

Bricit deyib ki, başı tamamilə xaos içində olub: “Belə bir gənc oğlanla münasibət qurmaq mənim üçün dağıdıcı idi.”

Onun sözlərinə görə, Emmanuel Parisə getməli olub: “Özüm-özümə dedim ki, o, həmyaşıdlarından  birinə aşiq olacaq. Amma bu baş vermədi”.

Cütlüyün yaş fərqi aktual mövzu olaraq qalır. Bricitin 70, Makronun 45 yaşı var.

Emmanuel Makron 2017-ci ildə Elle France-a müsahibəsi zamanı bu mövzu barədə danışarkən  deyib ki, həyatda vacib seçimr vaxtlar olur.

Bricit müsahibəsində deyib: “Əlbəttə, səhər yeməyimizi birlikdə yeyirik: Mən və qırışlarım, o və gəncliyi…Amma bu belədir. Bu seçimi etməsəydim, həyatımı əldən verərdim. Uşaqlarımla çox xoşbəxt idim, amma eyni zamanda hiss etdim ki, bu sevgini yaşamalıyam, o zaman tam xoşbəxt olacağam”.

Bricit Amyendəki Katolik Məktəbində dramdan dərs deyən zaman Makronla tanış olub. Onun qızı Emmanuelin sinif yoldaşı idi.

“Paris Match”a verdiyi yeni müsahibədə Bricit Makronun yaş fərqindən çox narahat olduğu aydın olur.

İllər əvvəl 40 yaşlı müəllimlə 15 yaşlı oğlan arasında münasibətin başladığı üzə çıxanda qalmaqala səbəb olub.

Avropanın “Politico” nəşrinin yazdığına görə, Fransada nikaha razılıq yaşı 15-dir. Ölkədə bununla bağlı qanun qəbul edilənə qədər cinsi zorakılıq halları istisna olmaqla, buna diqqət yetirilməyib. Emmanuelin valideynləri onu Parisdəki başqa bir məktəbə köçürmək qərarına gəlib. Amma bu, Bricit ilə münasibətlərinə təsir etməyib. Emmanuel Parisə getdikdən sonra Bricit dram dərslərini dayandırıb, latın dili dərslərinə rəhbərlik edib.

Bricit evli olsa da uzun illər ərindən ayrı yaşayıb. O, Emmanuellə nikahına az qalmış boşanıb.

Bricit yeniyetmə ilə münasibətlərinin Emmanuelin yaşında olan öz uşaqlarına necə təsir edəcəyindən də narahatlıq keçiririmiş  O, evliliklərinin ailəsini  çox narahat etməyəcəyinə əmin olmaq üçün on il gözlədiyini söyləyib. “Onların həyatlarını məhv etməmək mənə zaman lazım oldu. Bu, 10 il davam etdi”.

Cütlük 2007-ci ildə evlənəndə, Emmanuel 29 yaşında idi. Makron üç ögey övladına demişdi: “Bizi, o qədər də normal olmayan cütlükləri qəbul etdiyiniz üçün təşəkkür edirik”.

“The İndependent” yazır ki, o, 39 yaşında Fransa prezident seçkilərində qalib gələrək ölkənin ən gənc prezidenti olub.

Azpost.info

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 İyul 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri