Icma.az
close
up
RU
19 il əvvəl, yenə dekabr, yenə Aktau...

19 il əvvəl, yenə dekabr, yenə Aktau...

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

“Qafqazinfo”nun məlumatına görə, qəza zamanı təyyarədə 67 nəfər olub və onlardan 29-u sağ qalıb.

Qəzanın səbəbi kimi ilkin ehtimal olunaraq hava gəmisinin quş sürüsü ilə toqquşması göstərilir. Bu hal demək olar ki, dünyada tez-tez yaşanır. Təyyarənin quşlarla toqquşması hava gəmisinin mühərriklərinə ziyan vurduğu üçün pilotlara problem yaradır.

Hətta dünyada baş vermiş ən məşhur təyyarə qəzalarından biri də quşlarla toqquşmadan sonra olub. 2009-cu ildə ABŞ Hava Yollarına məxsus “TWE1549” səfər saylı təyyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra quşlarla toqquşub. Həmin vaxt hava gəmisinin kapitanı Salli Sulenberqer təyyarəni Hudzon çayına endirə bilib. Məhz bundan sonra o, ABŞ-də məşhurlaşıb və haqqında film çəkilib. İndi də ABŞ-də “Hudzon möcüzəsi” ifadəsi geniş yayılıb. Pilot ölkəsində qəhrəman elan edilib. Çünki o, təyyarədəki 155 nəfərin hamısının həyatda qalmasına səbəbkar olub. 

Bununla yanaşı, bu gün baş verən qəzadan sonra Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzalarının sayı və baş verdiyi illər izləyicilərdə maraq yaradıb.

Müstəqillik dövrümüzdə Azərbaycan təyyarələri 4 dəfə qəzaya uğrayıb.

İlk qəza 1995-ci ildə baş verib. Naxçıvandan Bakıya uçan TU-134 B-3 təyyarəsi qəzaya düşüb. Hava gəmisinin göyərtəsində 76 sərnişin və 6 ekipaj üzvü olub. 4-ü ekipaj üzvü olmaqla 52 nəfər həyatını itirib. Qəzanın günahkarı pilotlardan biri olub. Belə ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra mühərriklərdən biri sıradan çıxıb. Pilot isə işləməyən mühərrik əvəzinə işləyən digər mühərriki söndürüb. Bu zaman 60 metr hündürlükdə saatda 317 km-lə uçan təyyarə yerə çırpılıb. Təyyarə qəzaya uğrayan zaman həm də elektrik xəttlərinə ilişib və aşıb. Bu da əlavə itkilərə səbəb olub. 

1997-ci ildə isə Azərbaycan Hava Yollarının tarixində 2-ci qəza baş verib.

Mayın 15-də Gəncədə təlim uçuşu həyata keçirən YAK-40 təyyarəsi qəzaya uğrayıb. Belə ki, uçuş zamanı hava gəmisində problem yaranıb və təyyarə yaşayış binalarına çırpılmaq təhlükəsi ilə üz-üzə qalıb. Pilotların səyi nəticəsində təyyarə yaşayış binasına deyil, yerə çırpılıb. Göyərtədə olan 6 pilotun hamısı həyatını itirib.

2005-ci ildə baş verən növbəti qəzanın isə bugünkü qəza ilə oxşar cəhəti var.

Belə ki, 19 il öncə Bakıdan Aktauya uçan AN-140 təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra radarlardan itib. Hava gəmisi axtarışına start verilib. Təyyarə Bakı Beynəlxalq Hava Limanından 18 km aralıda – Nardaran ərazisində yerə çırpılmış vəziyyətdə tapılıb. Hava gəmisində olan 23 nəfərin hamısı həlak olub. Onlardan 5-i ekipaj üzvü, 18-i isə sərnişin idi. Maraqlıdır ki, həmin hadisə də dekabrda - ayın 23-ü baş vermişdi. Həmin vaxtkı təyyarənin Aktauya uçması və hadisənin dekabrda baş verməsi bugünkü qəza ilə oxşarlıq təşkil edir.

Bunlar texniki nasazlıqlar səbəbindən baş verən qəzalar idi.  Azərbaycan Hava Yolları tarixində raketlə vurulmuş təyyarə qəzası da var.

Belə ki, 2011-ci ilin iyulunda “Silk Way” aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətinə 18 tonluq yük aparıb. Əfqanıstan üzərinə çatdığı zaman təyyarənin pilotları ilə əlaqə kəsilib. Müəyyən olunub ki, təyyarə “Taliban” terror qruplaşması tərəfindən vurulub. Göyərtədə olan 9 nəfərin hamısı həlak olub. Onlardan 5-i Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşı olub.

 

Qeyd edək ki, təyyarələr dünyanın ən təhlükəsiz nəqliyyatı sayılır. Belə bir deyim var ki, təyyarə qəzasında həlak olanların sayı ilan vurması nəticəsində ölənlərin sayından daha azdır. Amma təyyarələrdə yaranan nasazlıqlar və problemlər zamanı xilas olmaq şansı çox az olur. Dünyada baş vermiş təyyarə qəzaları zamanı adətən hava gəmisində olanların çoxu həyatını itirir.

Elsevər Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri