Icma.az
close
up
RU
1969 cu ildən başlayan inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

1969 cu ildən başlayan inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müsahibimiz Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev

- Tahir müəllim, Azərbaycanın dövlətçilik tarixinin mühüm dönüş nöqtələrindən biri 1969-cu il 14 iyul tarixində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsidir. Bu, respublikamızın SSRİ dövründə inkişafı və intibahının başlanğıc nöqtəsi kimi dəyərləndirilir. Həmin dövrdə Azərbaycanın yüksəlişini təmin edən güclü sosial-iqtisadi və siyasi-ideoloji təməl yaradıldı. Bir sözlə, 1969-cu ildən başlayan inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın ictimai – siyasi həyatında baş verən elə mühüm anlar, günlər var ki, onlar tarix boyu unudulmazdır, daim xatırlanır və heç vaxt unudulmayacaqdır. Çünki həmin günlər respublikamızın müqəddəratı, insanların taleyi baxımından əhəmiyyətlidir.
Ulu Öndərimiz Heydər Əliyevin 14 iyul 1969-cu il – Azərbaycan KP MK-nın birinci katibi seçildiyi gün belə bir unudulmaz tarixdir.Respublikamızın inkişafının təməlinin qoyulduğu həmin günün ziyası ilə işıqlanan, tanınan, bugünkü qələbələrə, uğurlara qovuşan Azərbaycan, bəxtiyar xalqımız 14 iyul tarixini daim xatırlamağa, Heydər Əliyevin ömür yoluna, fəaliyyətinə nəzər salmağa borcludur. Qədirbilən xalqımızın öz liderinə, dahi rəhbərinə, dünya şöhrətli şəxsiyyətinə məhəbbəti, ehtiramı onun amallarına, əməllərinə, xidmətlərinə verilən qiymətin ifadəsidir. Çünki Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri əvəzsizdir. Sovetlər ittifaqı dövründə ən geridə qalan, xalqı və iqtisadiyyatı böhranlı vəziyyətdə olan bir respublikanı tez bir zamanda çətin vəziyyətdən xilas edib qabaqcıllar sırasına çıxarmaq, xalqı tanıtmaq məhz Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, insanlara qayğısı və diqqəti nəticəsində mümkün olmuşdur.
Ulu Öndərimiz respublikaya rəhbərliyə gəldiyi ilk gündən insanlarda gələcəyə inam yaratmış, mənəviyyat məsələlərini birinci dərəcəli vəzifə kimi qarşıya qoymuşdur. “Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür” fikrini Heydər Əliyev əməli fəaliyyətdə həyata keçirdiyi, xalqı birləşdirdiyi, tarixinə, dilinə, dininə, milli – mənəvi dəyərlərinə böyük hörmət və ehtiram bəslədiyi, bunu da xalqa aşıladığı üçün Azərbaycanı tez bir zamanda tərəqqi yoluna qədəm qoymuşdur.
1970-1980-ci illərdə respublikanın neft-qaz hasilatı sənayesinə və neftqayırma zavodlarının yenidən qurulmasına 4 milyarddan çox vəsaitin ayrılması inkişafa təkan verdi və bu günümüz üçün bir zəmin oldu. Həmin illərdə 213 sənaye müəssisəsi tikilmiş, sənaye məhsulları istehsalı 2,7 dəfə artmışdır. Kənd təsərrüfatının ümumi məhsulu 2,7 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. Respublika iqtisadiyyatının inkişafına 23,9 milyard manat vəsait qoyulmuşdur ki, bu da əvvəlki 50 ildəkindən 1,4 dəfə çoxdur. 849 ümumtəhsil məktəbinin tikilib istifadəyə verilməsi, 6 yeni ali məktəbin yaradılması, C.Naxçıvanski adına hərbi məktəbin açılış, 1155 kitabxananın, 1316 klubun, 44 muzeyin, 111 kinoteatr binasının istifadəyə verilməsi, çoxsaylı mədəni-kütləvi tədbirlərin, görüşlərin, idman yarışlarının keçirilməsi müstəsna əhəmiyyətə malik idi.
- Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ikinci dövrü xilaskarlıq missiyası ilə xarakterizə edilir. Eyni zamanda, həmin dönəmdə görülən işlər Azərbaycanın bugünkü uğurlarının və böyük Zəfər yolunun təməlini qoydu...
- Ulu Öndərimiz ikinci dəfə hakimiyyətə gələndə də öz amallarına, bəşəri ideyalarına sadiqliyini, xalqımıza sonsuz hörmət və sədaqətini inamla nümayiş etdirdi. 1993-cü ildə ölkəni vətəndaş müharibəsindən, qardaş qırğınından xilas etdi. Tez bir zamanda vətəndaş həmrəyliyi yaratdı, silahlı quruplaşmaları neytrallaşdırdı, xaosun, özbaşınalığın qarşısını aldı.
“Əsrin müqaviləsi” iqtisadi inkişafa yol açdı. Torpaq islahatları həyata sahibkarlığın inkişafına təkan verdi. Beynəlxalq münasibətlərdə dönüş əldə etməklə Azərbaycanın haqlı səsinin eşidilməsinə, xarici dövlətlərlə əlaqələrin möhkəmlənməsinə imkan yarandı. Ulu Öndər azərbaycançılıq ideologiyasını inkişaf etdirməklə, Yeni Azərbaycan Partiyasını formalaşdırmaqla, güclü siyasi təşkilata çevirməklə dünya azərbaycanlılarının, siyasi qüvvələrin birliyinə və səmərəli fəaliyyətinə nail oldu.
Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi əlbəttə ki, bugünkü qüdrətli, qalib Azərbaycandan, hərtərəfli inkişafdan, böyük uğurlardan danışmaq mümkün deyildi. O dövrdə qoyulan təməl bugünkü inkişafımız, xalqımızın birliyi, mübarizliyi üçün bir zəmindir.
- Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib və qüdrətli Azərbaycan bənzərsiz nailiyyətlərə imza atır...
- Bu, bir həqiqətdir ki, bütün nailiyyətlərimizin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qürurvericidir ki, bu əsasları Prezidentimiz cənab İlham Əliyev daha da möhkəmləndirir, dahi rəhbərin bəşəri ideyalarını sədaqətlə yerinə yetirir və çox böyük, möhtəşəm qələbələrə nail olur.
Qarabağ torpağının azğın düşməndən xilas edilməsi, 44 günlük müharibə, 23 saatlıq antiterror tədbirləri zamanı ordumuzun qüdrəti, xalqımızın birliyi Heydər Əliyev ideyalarının əbədiyaşarlığını, Liderimiz cənab İlham Əliyevin qətiyyətini və mübarizliyini, xalqına, Vətəninə sevgisini, ehtiramını bütün dünyaya nümayiş etdirdi.
Dünya bir daha duydu və anladı ki, Azərbaycanın iqtisadi-siyasi dayaqları möhkəmdir, ordusu güclü və qüdrətlidir. Bu, Ulu Öndərimiz Heydər Əliyevin vaxtı ilə qoyduğu təməlin, həyata keçirdiyi əməllərin, arzuladığı amalların nəticəsidir, bəhrəsidir.
Bu gün Ulu Öndərimizin ruhu şaddır. Çünki Azərbaycan tam suverendir, müstəqildir, inkişaf yolundadır, dünyada öz yeri, öz sözü olan qüdrətli dövlətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri