Icma.az
close
up
RU
1988 1989 cu illərdə baş verən qanlı hadisələr Məhkəmədə yeni detallar

1988 1989 cu illərdə baş verən qanlı hadisələr Məhkəmədə yeni detallar

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

AZƏRTAC-ın xəbərinə görə, bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus "QAZ-21" markalı dövlət dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun az yaşlı övladı olub.

Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı ifadəsində göstərib ki, 2 oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. "Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı" şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiririblər. Onun yaşadığı binada yaşayan Ayrapetyan Slavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.

Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşa, Xankəndi və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.

Əlavə sənədlər Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar, 1988-ci il sentyabrın 21-dən oktyabrın 21-dək Xankəndi şəhərində evlərin yandırılması və talanması, 1988-ci il noyabrın 22-də Şərur rayon sakinlərinin xəsarət alması, Sədərək rayonuna silahlı basqın edilməsi nəticəsində 3 nəfərin xəsarət alması, Şərur rayon Su qovşağı istismarı idarəsinin yandırılması faktları, Xankəndi Pedaqoji İnstitunun 3-cü kurs tələbəsi Danelyan Norayla Eduardoviç barəsində cinayət işi, həmçinin 1989-cu il yanvarın 10-da Qurbanov Ələkbər Paşa oğlunun öldürülməsi, Xankəndi şəhər sakini Əsədova Ofeliya Yusif qızının yaşadığı mənzilindən qovulması, avtomobil karvanının Ağdərə ərazisində saxlanılaraq azərbaycanlılara xəsarət yetirilməsi və digər faktlar, Xankəndi şəhərində ictimai qaydanın kobud şəkildə pozmaqla avtomobillərə zərər vurulması, Qazax rayonunun Barxudarlı kəndinin atəşə tutulması, 1989-cu il avqustun 10-da Şahbuz rayonunda obalara basın edilməsi, Şərur rayonunun Günnüt kəndində torpaq yolda partlayıcı maddə basdırılması və digər faktlarla bağlı olub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri