1990 cı ildə Naxçıvanda Heydər Əliyevlə görüşən məşhur yazıçı və şairlər kimlər olub?
Azpost saytına istinadən Icma.az xəbər verir.
Tanınmış şərqşünas alim Nəriman Qasımoğlu Azərbaycanın sabiq prezidenti Heydər Əliyevlə bağlı maraqlı foto paylaşıb.
AzPost bildirir ki, fotoda Azərbaycanın məşhur yazıçı və şairləri Heydər Əliyevlə birgə əks olunub.
Foto 1990-cı ildə Naxçıvanda çəkilib. Həmin Moskvadan Azərbaycana qayıdan sovet dövlət xadimi Heydər Əliyev o dövrün hakimiyyətinin siyasi basqıları nəticəsində Naxçıvana getməli olmuşdu.
1993-cü ilə qədər Naxçıvanda yaşayan Heydər Əliyev 1990-cı ilin sentyabrında Azərbaycan Ali Sovetinə seçkilərdə deputat, daha sonra Naxçıvan Ali Məclisinin sədri seçilir.
Naxçıvanda yaşadığı illərdə Azərbaycanın ictimai xadimləri, yazıçılar, şairlər və sadə adamlar Heydər Əliyevi ziyarət üçün Naxçıvana gedirdilər. Bu foto da həmin anlardan biri əks olunub.
Şəkildə Soldan: Qasım Qasımzadə, Bəxtiyar Vahabzadə, Heydər Əliyev, Nəriman Həsənzadə, Rüstəm Əliyev.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 Aprel 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















