Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

2 aylıq xarici sərmayə 587 milyon manat

2 aylıq xarici sərmayə 587 milyon manat

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu, 13,4 faiz artım deməkdir

Son illər ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Milli iqtisadiyyatın investisiya cəlbediciliyi baxımından uğurlu islahatlar həyata keçirilib.

Ötən dövrdə sərmayədarların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlər qəbul edilib. Bunlarla bərabər, Azərbaycan Prezidentinin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması və bu sahədə prosedurların sadələşdirilməsi, eləcə də şəffaflığın təmin edilməsi ilə bağlı müvafiq fərmanına əsasən, 2015-ci il noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb.

Qeyd edək ki, həmin vaxtdan lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. Lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri, təxminən, 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılıb, lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilib.

Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin “bir pəncərə” sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilib. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanılıb.

Ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılmasını şərtləndirən digər məqamları da diqqətə çatdırmaq istərdik:

– Nazirlər Kabinetin müvafiq qərarına əsasən, elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilib;

– “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının “bir pəncərə” prinsipi ilə həyata keçirilməsinə başlanılıb;

– 2015-ci ilin oktyabrında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb, Şuranın Əsasnaməsi və tərkibi təsdiqlənib. Ölkə ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb və “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Koordinasiya Şurasına həvalə edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2016-cı il 18 yanvar tarixli fərmanı ilə təsdiqlənən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” ilə Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda bir sıra əhəmiyyətli güzəştlər müəyyənləşdirilib. Bununla da investisiya təşviqi sənədini alan hüquqi şəxslər və fərdi sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisini, əmlaka görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsindəki torpaqlara görə torpaq vergisini, həmçinin idxala yönəldilən texnika, texnoloji avadanlıqlar, habelə qurğular üzrə əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilib.

Eyni zamanda, “Gömrük tarifi haqqında” Qanunda edilən dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini alan hüquqi şəxslər və fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə, sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad olunub.

Bütün bu tədbirlər deməyə əsas verir ki, Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi daim diqqətdə saxlanılır. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir. Hədəflər isə son nəticədə yüksək göstəriciləri şərtləndirir.

Yeri gəlmişkən, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 5-ci bölməsində göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində isə qeyri-rəsmi məşğulluğun payı azalacaq. Dövlət Statistika Komitəsinin son məlumatları da yuxarıda xatırladılan proqnozun gerçəkləşəcəyindən xəbər verir. Bu fikrin təsdiqi olaraq qeyd edək ki, 2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435 milyon manat investisiya yönəldilib, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 3,3 faiz çoxalıb.

Ötən il istifadə olunmuş investisiyanın 10 milyard 641 milyon manatı və yaxud 49,6 faizi məhsul istehsalı sahələrinə, 8 milyard 221 milyon manatı və yaxud 38,4 faizi xidmət sahələrinə, 2 milyard 573 milyon manatı və yaxud 12 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 18 milyard 146 milyon manatı və yaxud 84,7 faizi daxili investisiyalar olub, 15 milyard 524,9 milyon manatı və yaxud 72,4 faizi isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Mərkəzi Bankın məlumatına əsasən, cari il martın 1-nə isə Azərbaycanda bank və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarının həcmi 1,8 milyard manat təşkil edib. Bu, bir ay əvvələ nisbətən 14,3 milyon manat və ya 0,8 faiz (2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 390 milyon manat və ya 26,6 faiz çox) olub.

Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,4 milyard manat təşkil edib. Bu da aylıq müqayisədə 77,6 milyon manat və ya 0,3 faiz, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 4,8 milyard manat və ya 19,4 faiz artım deməkdir.

Xarici investisiyaya gəldikdə isə, Dövlət Statistika Komitəsinin məlumatına əsaslanıb qeyd edə bilərik ki, cari ilin ilk 2 ayında respublikada əsas kapitala xarici mənbələrdən 587 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz çox) vəsait yönəldilib. Hesabat dövründə xarici investisiyaların 567 milyon manatı (96,7 faizi) Böyük Britaniya, BƏƏ, Türkiyə, İsveçrə, ABŞ, Rusiya, Yaponiya, İran, Fransa və Macarıstan sərmayədarlarına məxsus olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 01:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see345

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see344

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see333

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see263

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see232

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see231

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see220

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see215

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see206

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see190

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see186

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see168

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see164

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see161

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see157

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see154

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri