20 Yanvar faciəsindən sonra müstəqillik ideyası ümummilli məqsədə çevrildi
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
36 il əvvəl baş verən yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayət idi. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 min nəfərlik ordu uyğun ssenari üzrə beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törətdi. Nəticədə 150 nəfər dinc sakin qətlə yetirildi, 744 nəfər yaralandı. SSRİ-nin yüksək rütbəli hərbçilərinin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırıldığını təsdiqləyirdi. Dinc əhaliyə qarşı törədilən qəddarlıq Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini boğmağa hesablanmışdı. Amma bu məkrli plan baş tutmadı, əksinə baş verən faciə Azərbaycan xalqını vahid məqsəd ətrafında daha sıx birləşdirdi.
Mərkəzi hakimiyyət informasiya blokadası yaradaraq həqiqəti ört-basdır etməyə çalışsa da buna nail ola bilmədi. Faciənin ertəsi günü, yanvarın 21-də məhz Umummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Bu, o vaxtkı dövrün reallıqları fonunda əslində böyük cəsarət və siyasi iradə tələb edirdi. Ulu Öndər həm hadisənin törədilmə səbəblərini açıqladı, həm də onun təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Beləliklə, bütün dünya öz hüquqlarının bərpası uğrunda ayağa qalxmış milləti susdurmaq üçün Bakıya qoşun yeridildiyini, günahsız qanlar töküldüyünü anladı.
Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 2 milyona yaxın insanın iştirakı ilə şəhidlərin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Bu hadisə Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində mühüm hadisə oldu. Xalqın
azadlıq uğrunda mübarizəsi məntiqi sonluğa çatdı.
Təəssüf ki, 1993-cü ilə qədər yanvar faciəsinin səbəbləri araşdırılmadı. AXC-Müsavat iqtidarının səriştəsizliyi nəticəsində ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni dağıdırdı. Belə hərc-mərclik dövründə 20 yanvar qırğınını araşdırmaq, hadisələrə hüquqi-siyasi qiymət yada belə düşmürdü.
Yalnız Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra 20 yanvar faciəsi yenidən gündəmə gəldi. 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Milli Məclisin həmin qərarında baş verənlər Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilirdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 20 yanvar 1990-cı il artıq ümümxalq hüzn kimi hər il qeyd olunmağa başladı.
20 yanvar faciəsinin 30-cu ilində, 2020-ci ilin payızında xalqımız bir daha torpaqlarımızın bütövlüyü uğrunda birləşdi. Beləliklə, tarixi ədalət bərpa olundu. 2023-cü ildə isə suverenliyimizi bərpa etdik.
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla anır. Ərazi bütövlüyü və suverenliyimizin tam bərpası başda 20 yanvar qurbanları olmaqla bütün şəhidlərimizin qanının yerdə qalmadığını sübut edir.
Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən qürur səhifəsidir.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:“20 Yanvar faciəsindən sonra müstəqillik ideyası ümummilli məqsədə çevrildi”
20 Yanvar 2026 11:58
Ümummilli Liderin bəyanatı 20 Yanvar həqiqətlərini dünyaya çatdırdı
19 Yanvar 2026 21:17
“Tankın lüləsi birbaşa bizə çevrildi” 20 Yanvar şahidinin dəhşətli XATİRƏLƏRİ
20 Yanvar 2026 12:20
Müstəqillik tariximizin 20 Yanvar faciəsi
21 Yanvar 2025 17:10
Əməkdar jurnalist 20 Yanvar faciəsindən DANIŞDI
20 Yanvar 2025 21:50
Baxış sayı:79
Bu xəbər 20 Yanvar 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















