Icma.az
close
up
RU
20 Yanvar Faciəsinin 35 ci İldönümü: Qanlı tarixdən şərəfli səhifəyə

20 Yanvar Faciəsinin 35 ci İldönümü: Qanlı tarixdən şərəfli səhifəyə

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı tarixinin ən faciəvi, lakin eyni zamanda ən şərəfli səhifələrindən birini yaşadı. Bu, azadlıq mübarizəsinin qırmızı qanla yazılan tarixi idi. "Qanlı Yanvar" kimi tanınan bu hadisə Sovet imperiyasının insan hüquqları və demokratiya prinsiplərinə zidd olaraq Azərbaycana qarşı törətdiyi ən ağır hərbi cinayətlərdən biri kimi yadda qaldı. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı çıxan Azərbaycan xalqı, öz milli kimliyini və torpaq bütövlüyünü qorumaq üçün ayağa qalxmışdı. Bu müqaviməti boğmaq və xalqı cəzalandırmaq məqsədilə sovet rəhbərliyi belə bir amansız qətiliam törətdi. 1990-cı ilin 20 yanvar gecəsi Azərbaycan xalqının tarixinə qanla yazılmış unudulmaz bir səhifədir. Bu faciə təkcə məsum insanların qətli deyil, həm də xalqımızın azadlıq mübarizəsinin dönməz xarakter almasının başlanğıcı idi. O gecə törədilən vəhşiliklər xalqımızın milli kimliyinin formalaşmasına, azadlıq ideallarının gerçəkləşməsinə yol açdı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Sovet rəhbərliyi tərəfindən öncədən planlaşdırılmış hərbi əməliyyat həyata keçirildi. Bakıya və digər bölgələrə göndərilən hərbi qüvvələr arasında erməni zabit və kursantların olması isə Kremlin məkrli niyyətlərini ortaya qoyurdu. Bu əməliyyat zamanı 147 nəfər öldürüldü, 744 nəfər yaralandı və yüzlərlə insan qanunsuz həbs olundu. Hərbi cinayətin məqsədi təkcə xalqın azadlıq istəyini boğmaq deyil, eyni zamanda Azərbaycan xalqını sındırmaq idi. Lakin nəticə gözlənilənin əksi oldu. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da elan olunmasına baxmayaraq, qoşunlar Bakıya yanvarın 19-da saat 21:00-da daxil oldu. "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın tələblərinə zidd olaraq, əhaliyə xəbərdarlıq edilməmişdi. Dinc insanlar ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq amansızcasına qətlə yetirildi. Faciə zamanı minlərlə vətəndaş Azərbaycanın müstəqilliyi uğrunda şəhid oldu. Bu, xalqın milli kimliyini, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olduğunu göstərdi. O hadisələr, əslində, Sovet imperiyasının Azərbaycanda mənəvi dayaqlarının sarsılması ilə nəticələndi. Xalq Sovet İttifaqına və Kommunist Partiyasına olan etimadını itirdi, partiya sıralarını kütləvi şəkildə tərk etdi. Faciənin ertəsi günü, 1990-cı il yanvarın 21-də, Ulu öndər Heydər Əliyev bütün təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Sovet rəhbərliyini ittiham etdi. Onun cəsarətli bəyanatı həm daxili, həm də beynəlxalq səviyyədə əks-səda doğurdu. Heydər Əliyev faciəyə ilk siyasi-hüquqi qiyməti verdi, xalqın namusunu və milli kimliyini qorumaq üçün prinsipial mövqe sərgilədi. Onun təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "20 Yanvar faciəsi"nə siyasi qiymət verdi. Daha sonra, 1998-ci ildə onun Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Qanlı Yanvar hadisəsi yalnız bir faciə deyil, həm də milli azadlıq mübarizəsinin zirvəsi idi. Bu hadisələrdən sonra xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməyə başladı. Dünya azərbaycanlıları ilk dəfə olaraq bu milli faciəni tanıtmaq üçün təşkilatlanmağa başladılar. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək şəhid ailələrinin sosial rifahını yaxşılaşdırmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirib. Cənab Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.” 20 Yanvar faciəsi Azərbaycan xalqının istiqlal və azadlıq uğrunda apardığı mübarizənin şərəfli bir səhifəsidir. Bu hadisələr Azərbaycan tarixində milli birliyin, milli kimliyin formalaşmasının və azadlıq ideallarının təcəssümüdür. Bu gün hər bir azərbaycanlı həmin günlərin ağrı-acısını unutmur və şəhidlərin xatirəsini böyük ehtiramla yad edir. Qanlı Yanvar yalnız bir faciə deyil, həm də Azərbaycan xalqının ləyaqətini və azadlıq iradəsini dünyaya nümayiş etdirdiyi bir tarixi dönüş nöqtəsidir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see144

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see138

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see118

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri