Icma.az
close
up
RU

20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik arzusunu, dəmir iradəsini daha da möhkəmləndirib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

 “AzerGold” QSC-də 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

“AzerGold” QSC-də müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a “AzerGold” QSC-dən bildirilib.

Tədbirdə “AzerGold” QSC və onun törəmə cəmiyyəti “Daşkəsən Dəmir Filiz” MMC-nin rəhbərliyi və kollektivi, həmçinin 20 Yanvar şəhidlərinin və əlillərinin Vətən müharibəsində iştirak etmiş övladları iştirak ediblər.

Mərasimdə 35 il öncə Bakıda insanlığa qarşı ən ağır cinayətlərdən birinin törədildiyi, qanlı faciənin həyata keçirilməsində əsas məqsədin ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti ilə üzləşdiyimiz illərdə bu haqsızlığa etiraz edən xalqımızı susdurmaq, demokratiya və milli azadlıq uğrunda mübarizədən çəkindirmək olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, bütün bunlara baxmayaraq 20 Yanvar hadisələri mərd, mübariz Azərbaycan xalqının müstəqillik arzusunu, dəmir iradəsini daha da möhkəmləndirib, Sovet İttifaqının dağılması şəraitində ölkəmizin yenidən öz müstəqilliyinə qovuşduğu və bu müstəqilliyi qorumaq üçün xalqımızın təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı xüsusi olaraq vurğulanıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində parlaq zəfərin əldə edilməsində Silahlı Qüvvələrimizin sıralarında döyüşən qanlı Yanvar faciəsinin qurbanlarının övladlarının da payı var. Bildirilib ki, onların talelərinə ataları kimi düşmənlə mübarizədə qəhrəmanlıq göstərmək, öz atalarının qisasını torpaqlarımıza göz dikənlərdən almaq yazılıb.

Daha sonra çıxış edən 20 Yanvar şəhidlərinin Vətən müharibəsində iştirak etmiş övladları qanlı faciə barədə təəssüratlarını və Vətən müharibəsində keçdikləri döyüş yolu haqqında xatirələrini bölüşüblər. Xalqımızın Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyini qürurla qeyd edən müharibə iştirakçıları 20 Yanvar hadisələri ilə başlanan azadlıq, müstəqillik mübarizəsinin düşmən üzərində döyüş meydanında əldə edilmiş parlaq zəfərlə öz məntiqi nəticəsinə çatdığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbir 20 Yanvar hadisələrindən bəhs edən bədii-sənədli filmin nümayişi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri