Icma.az
close
up
RU
20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bərdə rayonunda 20 yaşlı oğlan qonşusuna ağır xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bərdə rayonunun kəndlərindən birində baş verib. 2006-cı il təvəllüdlü Əlvan qonşusu Zamiqin (adlar şərti verilib – red.) yaşadığı fərdi yaşayış evinin həyətinə gəlib. O, Zamiqin onunla əvvəllər aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisəyə görə onun atası ilə mübahisə etməsini görüb və iradını bildirib.
Bu zaman Zamiqin onun ünvanına nalayiq ifadə işlətməsindən əsəbiləşərək özü ilə gətirdiyi bıçaqla onun qarın nahiyəsinə bir zərbə yetirib.
Əlvanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bərdə rayonunun kəndində yaşayır və Zamiqi həmkəndli kimi tanıyır:
“Zamiqlə aramızda əvvəllər heç bir düşmənçilik və ədavət olmayıb. 2024-cü il iyulun 25-də Zamiqlə aramızda mübahisə yarandı. Mübahisə zamanı Zamiqin atası Fateh həyətdən çıxaraq mənimlə mübahisə etməyə başladı. Daha sonra evə getdim və evdə atam aramızda yaşanan mübahisəni bildikdən sonra Zamiqin yaşadığı evə üzrxahlıq etməyə getdi. Bu zaman Zamiq və onun qardaşı Həsən atamın üzərinə gələrək mübahisə etməyə başladılar. Bizim evimizlə Zamiqin yaşadığı evin arasında təxminən 200 metr məsafə olub. Mən Zamiq və onun qardaşının atam ilə mübahisə etdiklərini gördüm. Bundan sonra evdən götürdüyüm bıçaqla Zamiqi vurdum”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, onun əslən Tərtər rayonundan olan Elmar adlı dostu onlara qonaq gəlib:
“Elmar ilə piyada evə tərəf gedərkən, qarşıda dayanan Zamiq və onun əslən Gəncə şəhərindən olan iki nəfər dostu təhqiredici ifadə işlətdilər. Mən Zamiqdən kimi təhqir etdiklərini soruşdum. Onlar sakitcə dayandı və bundan sonra Zamiq ilə aramızda soyuq münasibət yarandı. Həmin hadisədən təxminən 20 gün sonra dalaşdıq və hadisə baş verən gün aramızda yaranan mübahisəni bitirsək də, atam üzrxahlıq etmək üçün Zamiqin yaşadığı evə getdiyi vaxt atam ilə mübahisə etdilər. Zamiq və qardaşının atama zərbə endirdiklərini gördüm. Həmin yerə yaxınlaşaraq onlar üzərimə gəldilər. Mən də Zamiqi bıçaqla vurdum. Zamiqi bıçaqla vurduqdan sonra onlar öz evlərinə getdilər. Mən isə atam ilə birlikdə öz evimizə qayıtdıq. Zamiqi bıçaqla vurduqdan sonra qan gəldiyini görmədim və hadisədən sonra polis əməkdaşları da gəldilər. Hadisədən sonra əlimdən bıçağı götürdüklərinə görə, sonradan bıçağı tapa bilmədik. Həmçinin hava qaranlıq olduğu üçün bıçağı əlimdən kimin aldığını görməmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, onun bıçaqla kimisə vurmaq fikri olmayıb, sadəcə mübahisə etdikləri şəxslərin çox olduğunu və onlara fiziki gücünün çatmayacağını gördükdən sonra bıçağı çıxarıb.
İş üzrə zərərçəkmiş Zamiqin sözlərinə görə, həmkəndlisi Əlvanla arasında heç bir düşmənçilik və ya ədavəti olmayıb:
“Təxminən bıçaqlanma hadisəsindən bir ay əvvəl Gəncə şəhərindən olan tanışlarım İlqar və Sakit bizə qonaq gəldi. Mən dəqiq tarixini bilmədiyim vaxtda, axşam saatlarında dostlarım ilə birlikdə evə gedərkən Zamiq və adının sonradan Elmar olduğunu öyrəndiyim şəxs yanımızdan keçdi. Bu zaman Sakit telefonda kiməsə zarafatla söydü. Bu zaman Zamiq Sakitdən ona söyüb-söymədiyini soruşdu. Mən isə ona Sakitin telefonla danışdığını söylədim. Sonra isə yolunda davam etdi”.
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü, saat 19 radələrində həyətin qarşısında dayanarkən Əlvanın atası Gülməmməd yanına gəlib və ondan Əlvan ilə arasında nə problem olduğunu soruşub:
“Mən isə heç bir problem olmadığını söylədim. Daha sonra isə o, getdi. Təxminən 1 saat sonra Əlvan bizə gəldi. O, məndən atası Gülməmmədə nə dediyimi soruşdu. Mən isə heç bir pis söz demədiyimi bildirdim. Bu zaman o, məni qəfildən itələdi. Bundan sonra əlbəyaxa olduq. Kim olduğunu xatırlamadığım şəxslər bizi həyətdən içəri saldı. Bu zaman səs-küyə atam və qardaşım Firuz gəldi. Atam məni oradan uzaqlaşdırdı”.
Zamiqin ifadəsinə görə, təxminən 1 saat sonra, saat 21 radələrində onlar evə qayıtdıqda Gülməmməd və yoldaşı Aydan atası ilə mübahisə etdiyini görüb:
“Bu zaman Əlvan evləri tərəfindən qaçaraq üzərimə gəldi. Mən Əlvanla birlikdə həyətə girdik. Həyətdə əlbəyaxa olduq. Bu zaman Əlvanın məni bıçaqla vurduğunu hiss etdim. O, məni bıçaqla vurduqdan sonra aralıq sakitləşdi. Qardaşım məni avtomobilə qoyaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına apardı. Orada mənə ilkin tibbi yardım göstərildi”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlvan Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Fariz Məlikli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri