2001 ci ildə dünyaya gələn qadının doğum faktı indi qeydə alınıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
2001-ci ildə dünyaya gələn qadının doğum faktı indi qeydə alınacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Yevlax Rayon Məhkəməsi qərar qəbul edib.
Belə ki, ərizəçi məhkəməyə müraciət edərək bildirib ki, 2001-ci ildə Yevlax şəhərində ev şəraitində övladı olub. Qızını ev şəraitində dünyaya gətirdiyindən onun doğum akt qeydi aidiyyəti üzrə qeydiyyat şöbəsində qeydiyyata alınmayıb. Hazırda qızı ailə həyatı qurub və ana olmaq ərəfəsindədir. Məhkəməyə müraciət etməmişdən əvvəl, o, aidiyyəti üzrə müraciət edib. Lakin müvafiq qurumdan imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyə edilib.
Yevlax Rayon Məhkəməsinin qərarı ilə ərizəçi 2001-ci il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 17 Oktyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















