Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

2024cü ildəki təyyarə qəzaları Ən çox qəza bu ölkədə baş verib + FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

2024cü ildəki təyyarə qəzaları Ən çox qəza bu ölkədə baş verib + FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, 25 dekabrda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Bu bədbəxt hadisə 2024-cü ildə dünyada qeydə alınan təyyarə qəzalarını gündəmə gətirib.

Cari ildə baş verən həmin qəzaları təqdim edirik:

Braziliya

Avqustun 9-da Braziliyanın Kaskavel şəhərindən Quarolhusa gedən Voepass Hava Yollarına məxsus ATR-72 tipli sərnişin təyyarəsi San-Paulu əyalətinin şimalındakı Vinhedo şəhərində yaşayış məntəqəsinə düşüb. Qəza nəticəsində 58 sərnişin və 4 ekipaj üzvü olmaqla 62 nəfər həlak olub. Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən aparılan təhqiqat çərçivəsində registratorların müayinəsi pilotların buzlanma ilə mübarizədə çətinliklərlə üzləşdiyini təsdiqləyib. Təyyarəyə çata bilməyən 10 sərnişin isə xoşbəxtlikdən bu qəzadan yan keçməyi bacarıb.


Yaponiya

Yaponiyada yanvarın 2-də paytaxt Tokiodakı Haneda hava limanının uçuş-enmə zolağında sərnişin təyyarəsi ilə sahil mühafizə təyyarəsi toqquşub, daha sonra hər iki təyyarə uçuş-enmə zolağında yanıb. Sərnişin təyyarəsindəki 379 sərnişin və ekipaj təhlükəsiz şəkildə təxliyə edilərkən, sahil mühafizə təyyarəsində olan 6 nəfərdən 5-i həyatını itirib, pilot isə yaralanıb.

Yaponiya Nəqliyyat Nazirliyindəki mənbələrə əsaslanan yerli mətbuatın xəbərinə görə, Haneda Hava Limanı qülləsinin qəzaya uğrayan sərnişin təyyarəsinin enişinə icazə verdiyi və sahil mühafizə təyyarəsinə uçuş-enmə zolağından uzaq durmağı əmr etdiyi iddia edilib. Qəzadan yaralanandan sağ çıxan sahil mühafizə təyyarəsinin pilotu istintaq çərçivəsində verdiyi açıqlamada qüllədən eniş icazəsi aldığını iddia edib.

ABŞ

ABŞ-də Alyaska Hava Yollarına məxsus "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən yanvarın 5-i axşam saatlarında məcburi eniş edib. Oreqondan Kaliforniyaya gedən təyyarə havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş etməli olduğu halda, gövdə parçasının qopduğu hissədə sərnişinlərin olmadığı bildirilib. Alyaska Airlines təyyarənin 171 sərnişin və 6 kabinə işçisi ilə təhlükəsiz eniş etdiyini açıqlayıb. Bundan sonra 65 ədəd "737 MAX 9" tipli təyyarə müvəqqəti olaraq yoxlama üçün istifadədən çıxarılıb.

Nepal

İyulun 24-də Nepalda havaya qalxarkən uçuş-enmə zolağına düşən təyyarədə 18 nəfər həlak olub. Paytaxt Katmandudakı Tribhuvan beynəlxalq hava limanında içərisində 19 nəfərin olduğu təyyarə havaya qalxarkən bir anda yerə çırpılıb. Saurya Hava Yollarına məxsus təyyarənin pilotu sağ qalıb.

Rusiya

Rusiya Müdafiə Nazirliyi yanvarın 24-də Belqorod vilayətində içərisində ukraynalı məhbusların olduğu Rusiya təyyarəsinin Ukrayna tərəfindən atılan raketlə vurulduğunu açıqlayıb. Göyərtəsində 74 nəfər, o cümlədən 6 nəfərlik ekipaj olan təyyarədə sağ qalan olmayıb. Rusiya Prezidenti Vladimir Putin də Ukraynanın ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemi ilə təyyarəni vurduğunu və “cinayət” törətdiyini bildirib.

Rusiya

Martın 12-də Rusiyanın İvanova vilayətində içərisində 15 nəfərin olduğu İL-76 tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi İL-76 tipli hərbi-nəqliyyat təyyarəsinin mühərrikinin alışması səbəbindən qəzaya uğradığını bildirib. Qəza nəticəsində təyyarədə olan 8 nəfərlik ekipaj və 7 sərnişin həlak olub.

Rusiya

İyulun 12-də Rusiyada "Sukhoi Superjet 100" tipli sərnişin təyyarəsi Tretyakovo hava limanından Vnukovo hava limanına uçarkən qəzaya uğrayıb və göyərtəsində olan 3 ekipaj üzvü həlak olub. Qəzanın mümkün səbəbi kimi texniki xidmət zamanı quraşdırılmış bəzi sensorların nasazlığı göstərilib.

Qazaxıstan

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi 25 dekabrda Aktauda qəzaya uğrayıb. Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qroznıya enə bilmədiyindən Aktau istiqamətinə yönəlib. Aktauya qəza enişi edən təyyarənin göyərtəsində 60 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub. Hadisənin dəqiq səbəbi bilinməsə də, yerli mənbələr təyyarənin Rusiya tərəfindən hücuma məruz qaldığını bildirir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Dekabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri