Icma.az
close
up
RU
2025 ci ildə manat ucuzlaşa bilər? Ekspert DANIŞDI

2025 ci ildə manat ucuzlaşa bilər? Ekspert DANIŞDI

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son zamanlarda Azərbaycanda devalvasiya olacağı barədə iddialar yayılır.

Ötən ilin sonlarından indiyə kimi bənzər fərziyyələrin yayılmasına şahidlik etmişik. Bəzi ekspertlər belə bir ehtimalın olduğunu desə də, bəzi mütəxəssislər bunu inandırıcı hesab etmirlər. 

Bəs əslində vəziyyəti necədir? Həqiqətən hazırda ölkəmizdə devalvasiya riski var? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O, indiki vəziyyətdə Azərbaycanda devalvasiya ehtimalının olmadığını deyib:

"Qonşu dövlətlərin rubl və lirə kimi pul vahidlərinin qiyməti zaman-zaman dəyişir. Lakin Azərbaycanda manat dollara fiks edildiyi üçün pulun ucuzlaşma ehtimalı vətəndaşlara qəribə gəlir. Çünki manatın dollara qarşı fiks edilmiş rejimdə olmasına vərdiş ediblər. 

Əslində, manatın qiyməti də qalxıb-düşməlidir. Burada qeyri-adi heç nə yoxdur. Yəni bu qiyməti bazar formalaşdırmalıdır. Lakin Mərkəzi Bank hələlik bunu məqsədəuyğun saymır. Manatın dollara fiks edilmiş rejimini mümkün qədər davam etdirməyə çalışılır". 

Ekspert 2025-ci ildə manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırır:

"Təbii ki, devalvasiya ehtimalı həmişə var. Lakin indiki şərtlər daxilində ölkəmizdə bu ehtimal aşağıdır. Çünki  ölkənin ixrac gəlirləri, neftin və qazın qiyməti proqnozlaşdırılan səviyyədədir. Enerji qiymətlərinin və ixracımızın indiki səviyyəsi də manatın məzənnəsini qorumağa imkan verir. 

Ona görə də böyük ehtimalla, 2025-ci ildə manatın məzənnəsi 1 manat 70 qəpik kursunda qalmağa davam edəcək. Əgər neftin qiyməti kəskin aşağı düşər və ixrac gəlirlərimiz azalarsa, onda başqa vəziyyət yarana bilər. Lakin indiki situasiyada ciddi risk yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Aprel 2025 05:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see302

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see300

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see287

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see240

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see237

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see235

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see231

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see214

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see201

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see191

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see187

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see180

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see180

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see178

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see169

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see167

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see166

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see162

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see155

Ukraynada F 16 qəzaya uğrayıb

30 İyul 2026 05:45see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri