Icma.az
close
up
RU
2025 ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması mütərəqqi bir addım idi ŞƏRH

2025 ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması mütərəqqi bir addım idi ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 19 avqust, AZƏRTAC

Xalqımız bu ili ölkəmizdə əlamətdar və tarixi bir mərhələ kimi qarşılayır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu qərar həm rəmzi, həm də məzmun baxımından böyük əhəmiyyət daşıyır. Çünki bu il Azərbaycan həm ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının sevincini yaşayır, həm də müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun 30-cu ildönümünü qeyd edir.

Azərbaycan xalqı uzun illər davam edən işğala və ədalətsizliyə qarşı mübarizə apararaq sonda dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər, ardınca 2023-cü ilin sentyabr ayında suverenliyin tam bərpası ilə nəticələndi. Bu hadisələr yalnız hərbi və siyasi qələbə deyil, eyni zamanda, milli iradənin, xalq birliyinin və güclü liderliyin təntənəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Emin Bağırov bildirib.

O qeyd edib ki, bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması təkcə yubiley xarakteri daşımır, həm də gələcəyə yönəlmiş siyasi və mənəvi mesajdır. Bu il ərzində dövlətçiliyimizin əsaslarını, milli həmrəyliyi və hüquqi dövlət prinsiplərini daha da möhkəmləndirmək hər birimizin vətəndaşlıq borcudur. Suverenliyin qorunması, dövlətin gücləndirilməsi və inkişaf etdirilməsi uğrunda çalışmaq isə hər bir Azərbaycan vətəndaşının müqəddəs amalı olmalıdır.

E.Bağırovun sözlərinə görə, Prezident İlham Əliyevin bu tarixi Sərəncamı məhz xalqın iradəsinə, milli maraqlara və dövrün çağırışlarına əsaslanaraq verilib. Bu sənəd həm də gələcək nəsillərə örnək olacaq şəkildə suverenlik ruhunun yaşadılması və Konstitusiyamızın prinsiplərinə sadiqliyin təbliği baxımından əhəmiyyətli addımdır. Mühüm ili və tarixi fürsəti milli həmrəyliklə, vətəndaş məsuliyyəti ilə qarşılamalı, Azərbaycanın daha da qüdrətlənməsi naminə birgə çalışmalıyıq.

“Bununla yanaşı, ölkəmizin ali hüquqi sənədi olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin də 30 ili tamam olur. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən bu sənəd müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirdi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməlini qoydu. Ötən əsrin sonlarında ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətimizi və xalqımızı anarxiya, separatizm, vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən xilas etdi. Onun uzaqgörən və qətiyyətli siyasəti sayəsində müstəqilliyimiz qorundu, dövlətçiliyimizin əsasları möhkəmləndirildi, sabitlik və inkişaf təmin olundu. Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğuna, demokratik institutların yaradılmasına, insan hüquq və azadlıqlarının təmininə, həmçinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və söz sahibi olan bir dövlətə çevrilməsinə nail oldu. O, milli Konstitusiyamızın hazırlanması və qəbuluna da bilavasitə rəhbərlik edərək, gələcək nəsillər üçün hüquqi dövlət modelinin bünövrəsini qoydu”, - deyə siyasi şərhçi xatırladıb.

Onun fikrincə, müstəqilliyini yenidən qazanan Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan sənədlərdən biri də 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk milli Konstitusiyamızdır. Bu mühüm sənəd Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasi iradəsi sayəsində ərsəyə gəlib, dövlətimizin hüquqi əsaslarını müəyyən edib. Konstitusiyanın qəbulu ölkəmizdə hüquq sisteminin formalaşmasına, məhkəmə və qanunvericilik sahələrində əsaslı islahatların həyata keçirilməsinə möhkəm zəmin yaratdı. Bu sənəd, əslində, Azərbaycanın sabit gələcəyinə atılmış ən mühüm hüquqi addımlardan biri idi. Beləliklə, parçalanmaq təhlükəsi ilə üzləşmiş bir dövləti xilas edən Ümummilli Lider Heydər Əliyev müasir, möhkəm təməl üzərində qurulmuş dövlətçiliyin əsasını qoydu və Azərbaycanın suverenliyini, sabitliyini və gələcək inkişafını təmin etdi. Ulu Öndər yalnız müstəqil dövlətin qurulması ilə kifayətlənmədi, həm də bu dövlətin dayanıqlı inkişafı üçün güclü hüquqi-siyasi əsaslar formalaşdırdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın suverenliyi möhkəmləndirildi, daxili sabitlik təmin olundu və davamlı inkişafın əsası qoyuldu.

Siyasi şərhçi qeyd edib ki, bu strateji xəttin məntiqi davamı olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi və uzun illər boyu regionda sabitliyə təhdid yaradan erməni separatizminə son qoydu. Bununla yanaşı, separatizmi dəstəkləyən və ona arxa duran qlobal dairələrə də qətiyyətli şəkildə Azərbaycanın iradəsi və gücü nümayiş etdirildi. Azərbaycanın tarixi zəfərindən sonra və Konstitusiyanın qəbulunun 30 illiyinə təsadüf edən bir dövrdə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması mühüm və zamanın tələbinə uyğun atılmış mütərəqqi bir hadisəyə çevrildi. Bu qərar yalnız dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə deyil, eyni zamanda, xalqımızın milli həmrəyliyinin daha da gücləndirilməsinə xidmət edən tarixi əhəmiyyətə malik bir addım oldu.

“Bu gün Azərbaycan uğrunda bir olmaq, birgə addımlamaq hər birimizin mənəvi borcu və vətəndaşlıq məsuliyyətidir. Çünki məhz bu həmrəylik müstəqilliyimizin davamlılığını və dövlətçiliyimizin əbədiliyini təmin edən ən güclü dayaqlardan biridir”, - deyə Emin Bağırov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri