Icma.az
close
up
RU
Müalicə, yoxsa özünüreklam? Reabilitasiya mərkəzlərinin piar oyunu

Müalicə, yoxsa özünüreklam? Reabilitasiya mərkəzlərinin piar oyunu

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Özünü piar etmək üçün insanların həyatı barədə yalan məlumatlar yaymaq qanunazidd hərəkətdir".

BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında hüquqşünas Pərviz Hacıyev son günlər reabilitasiya mərkəzləri ətrafında baş verən hadisələri şərh edərkən bildirib.

O vurğulayıb ki, sözügedən məsələləri şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirmək olar:

"Zərərçəkmiş şəxs məhkəməyə müraciət edə bilər. Çünki bir çox məsələlərin açıqlanması doğru deyil. Həmin şəxslər əksərən reabilitasiya mərkəzlərinə yaxınlarından, ictimaiyyətdən xəbərsiz gedirlər. İstəyirlər ki, bunu ailəsi, qohumları bilməsin. Müəyyən hallarda isə mərkəz rəhbərləri populyar şəxslərdən istifadə edərək özlərininin piarı qurur, yalan məlumat yayırlar. Təəssüf ki, qanunvericilikdə sözügedən müəssisələrin fəaliyyətini tənzimləyən konkret normalar yoxdur. İddiaçı tərəf bu hallarla bağlı məhkəməyə müraciət edə bilər. Qurum da buna görə təkzib verməlidir. Ümumilikdə isə bu, zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasıdır. Düşünürəm ki, qanunvericiliyə gələcəkdə sözügedən məsələləri tənzimləyən maddələr əlavə oluna bilər. İnzibati Xətalar Məcəlləsində də bununla bağlı dəyişikliyə ehtiyac var.

Qısası, cəmiyyəti aldatdıqları üçün məsuliyyətə cəlb olunmaları barədə konkret məlumat yoxdur. Ümumilikdə isə hazırkı məqamda reabilitasiya mərkəzləri baş qatırlar. Ora gedənlərin cəmi 10-15 faizi sağalır. Mərkəz rəhbərləri düşünürlər ki, piar zəmanəsidir, buna görə də insanlardan istifadə edirlər. Dediyim kimi, reklamda istifadə olunan şəxs bundan razı deyilsə, məhkəməyə şərəf və ləyaqətinin alçaldılmasına görə müraciət edə bilər".

Psixoloq Gülnar Orucova isə açıqlamasında bildirib ki, bəzi təbliğatlar müəyyən kütlələrə səhv mesaj verə bilər.

O vurğulayıb ki, problem nə qədər çox qabardılsa, onun gələcəkdə təkrarlanması ehtimalı da bir o qədər artıqdır:

Müalicə, yoxsa özünüreklam? - Reabilitasiya mərkəzlərinin piar oyunu

"Digər problem isə qeyri-peşəkar təqdimatdır. Bəzən reabilitasiya mərkəzlərində olan şəxslərə anormal suallar verilir və bu formada cəmiyyətə təqdim olunur. Təbii ki, bu, kökündən səhvdir. Sözügedən mərkəzlər bəzən təqdimatlar keçirir, mərkəzdə olan şəxslərin, hətta onların yaxınlarının belə razılıqları olmadan görüntülərini paylaşırlar. Bu, faydadan çox ziyan verir. Yaxşı müəssisənin reklama ehtiyacı yoxdur. Normal fəaliyyəti olan mərkəz özünü bu qədər reklam etməməlidir. Demək ki, fəaliyyətlərində hardasa boşluqlar var və bunu doldurmaq istəyirlər. Daha çox pasiyent yığmağa çalışırlar. Reklamdansa, özlərini inkişaf etdirsinlər. Həmçinin, qeyd etməliyik ki, Azərbaycanda uşaqların sosial şəbəkələrə daxil olmasında yaş məhdudiyyəti yoxdur. Onlar dırnaqarası reklamları, təbliğatları görür və həvəslənirlər. Bu çıxışlardan sonra həmin şəxslərin zərərli maddələrdən istifadəsi də mümkündür. Bu, onlara ciddi şəkildə təsir edə bilər. Mərkəzlərdən digər narazılıqlar da olur. Zərərli maddələrdən əziyyət çəkən şəxsləri orada məcburi saxlamaq olmaz".

G.Orucova vurğulayıb ki, ölkədə fəaliyyət göstərən özəl reabilitasiya mərkəzlərinin qiyməti yüksəkdir:

"Onlar reklamlara pul sərf edirlər, həmçinin efirlərə çıxıb müsbət imic formalaşdırmağa çalışırlar. Burada da məqsəd insanlardan daha çox pul almaq istəyidir. Eyni zamanda cəmiyyətə doğru olmayan məlumatlar verirlər. Efirlərdə öz həyatında düzgün qərar verə bilməyən şəxslərə tribuna verilir və onlar başqalarına yol göstərirlər. Zərərli vərdişlərdən əziyyət çəkən şəxslərlə bağlı süjet hazırladıqda onların aldığı həzzdən yox, çəkdikləri əziyyətdən danışmaq lazımdır. Səhv təqdimat pis vərdişlərdən istifadənin daha da artmasına gətirib çıxara bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Yanvar 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri